Qusar rayonunu təmsil edən "Şahdağ-Qusar" klubu birinci liqada uğurlu çıxışı ilə fərqlənir.
QOL.az xəbər verir ki, komanda 7 turdan sonra 18 xalla turnir cədvəlinin lideridir. Əgər mövsümün sonunda da qusarlılar turnir cədvəlində birinci yeri tutsalar, bu halda biz onları gələn mövsüm artıq Premyer Liqanın iştirakçıları arasında görə biləcəyik.
Amma təəssüf ki, Qusarda çoxları komandalarının ev oyunlarını doğma şəhərlərində izləmək imkanından məhrumdur. Buna səbəb isə Şövkət Orduxanov adına stadionun acınacaqlı vəziyyətdə olmasıdır. Bu səbəbdən "Şahdağ Qusar" rəqiblərini Bakının Binə qəsəbəsində qəbul edir.
Düzdür, arenada bir müddət təmir işləri aparılıb, lakin sonradan yarımçıq dayanıb. Bu ilin may ayında rəsmi qurumlar tərəfindən bildirilmişdi ki, baxımsız vəziyyətə düşən arenada tezliklə təmir işləri bərpa olunacaq və Şövkət Orduxanov adına stadion 2027-ci ilin avqustuna qədər hazır olacaq. Bu məqsədlə əraziyə baxış da keçirilmişdi.
Amma bu gün arenada çəkiliş aparan QOL.az saytının müxbiri şahid olub ki, təmirdən əsər-əlamət yoxdur. Əksinə, meydançanı kol-kos basıb, tribunalarda işlər də yarımçıq qalıb.
Odur ki, təmir işlərinə tezliklə başlanılmasa, şübhəsiz ki, "Şahdağ Qusar" azarkeşləri yeni mövsümdə də komandalarının oyunlarını başqa şəhərlərdə izləmək məcburiyyətində qalacaqlar.
Qusar stadionunun bugünkü durumu
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir
Avropanın TOP klubları gürcü futbolçu üçün mübarizədə
Nə qələbə var, nə heç-heçə, nə hücum var, nə müdafiə...
Runi məşhur realiti-şouya qatılacaq
Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi
“Barselona” azarkeşlərinə “Kamp Nou”da əbədi yer ayırır
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Zidan “Yuventus”un baş məşqçisi olmaq istəyir
Millimizin üzvləri arasında maraqlı yazışma
Ronaldo yeni serialını çəkməyə başladı
Oteldə məşhur idmançılar arasında kütləvi dava - Video
ABŞ dünya çempionatından imtina etdi
“İnfantino psixiatriya şöbəsinə göndərilməlidir” - Blatter
Qvardiola ABŞ millisində?
Azərbaycan şahmatçısı Avropa çempionu oldu
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir