İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil

İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
DÜNYA FUTBOLU 13 Noyabr 2026 / 16:47 207
-  A +

Fransa millisinin üzvü Desire Due UEFA Millətlər Liqasında İtaliya ilə oyunda ağır zədə alıb.

QOL.az xəbər verir ki, İtaliya millisinin yarımmüdafiəçisi Davide Frattezi 69-cu dəqiqədə mübarizə zamanı rəqibinin üzünə dirsəyi ilə zərbə endirib.

Ağzından qan gələn Due bir müddət meydanda tibbi yardım alıb. O, oyuna davam etdirsə də, 77-ci dəqiqədə Senny Mayulu ilə əvəzlənib. 21 yaşlı futbolçunun ön dişlərindən birinin yerindən çıxdığı və onu itirmək təhlükəsi ilə üzləşdiyi bildirilir.

Epizod zamanı hakim əvvəlcə qayda pozuntusunu Duenin əleyhinə qeydə alıb. Daha sonra Fratteziyə sarı vərəqə göstərilib.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner