Medianın İnkişafı Agentliyinin layihəsi
Son günlərdə idman mediasında ən çox müzakirə olunan hadisələrdən biri də "Qarabağ"ın futbolçusu Kadi Borgesin Rusiya "Krasnodar"ına transferidir.
Bu keçid rəsmən hələ dünən açıqlansa da, braziliyalı oyunçunun transferi bir müddətdir ki, gündəmdə idi. Qeyri-rəsmi məlumatlara görə, Ağdam təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin satışından 5 milyon avro qazanacaq. Bu isə Azərbaycan üçün yeni rekord hesab olunur.
Bəs, Kadinin gedişi "Qarabağ"ın oyununa nə qədər təsir edəcək? Onun transferindən əldə olunan gəlirlə alınacaq yeni futbolçular Kadinin boşluğunu doldura bilərlərmi? Bu mövzunu Əməkdar məşqçi Ağasəlim Mircavadov və futbol mütəxəssisi Bəxtiyar Musayevlə müzakirə etdik.

AFFA Məşqçilər Komitəsinin üzvü A.Mircavadov deyir ki, "Qarabağ"ın Kadini satmasını uğurlu hadisədir: "Bütün TOP klublar futbolçu alış-verişində iştirak edirlər. Yəni, oyunçu alıb-atırlar. Belə şey Azərbaycan klublarında da varsa, lap yaxşı. Biri var, həmişə klubun büdcəsindən futbolçu transfer edirsən, büdcəyə kənardan heç bir pul gəlmir. Bu, yaxşı əlamət deyil. Biri də var, artıq özün oyunçu satırsan. Kadi "Qarabağ"da istedadını açdı. O, öz oyunu ilə göstərdi ki, daha güclü kluba, daha güclü çempionata keçməyə layiqdir. Fürsət düşdü, "Qarabağ"da satdı. Eşitdiyimə görə, "Qarabağ" Kadinin transferindən 5 milyon avro qazanacaq. Bu, lap əladır. Onun müqabilində daha da güclü futbolçu almaq mümkündür. Hətta 1 yox, 2-3 futbolçu almaq olar. Yəqin ki, klubun niyyəti də belədir. Bilirsiniz, klubun infrastrukturunu yaxşılaşdırmaq, onu daha da gücləndirmək üçün belə işlər görmək lazımdır. Yəni, bu günlə yaşamaq olmaz. Sabahı da, bir il sonranı da fikirləşmək lazımdır. Ona görə də bu, məlum şeydir ki, klub futbolçu satır, öz cibindən pul xərcləmir. Peşəkar klublar belə hərəkətlər edirlər".
Mircavadov qeyd edib ki, Ağdam klubu əldə olunan məbləğə yeni futbolçular alaraq daha da güclənə bilər: "Bəlkə də "Qarabağ"da Kadini əvəzedəcək futbolçu olacaq, bəlkə də olmayacaq. Amma hal-hazırda düşünülmüş hərəkət etmək lazımdır. Mən elə başa düşünürəm ki, artıq "Qarabağ" rəhbərliyi hansı futbolçuları almaq lazım olduğunu bilir. Yəqin ki, axtarışdadırlar. Bəlkə də tapıblar. Bilirsiniz, dünya çempionatı bu yaxınlarda başa çatdı. Biz Lionel Messinin oyununa baxıb istirahət etdik. Messi ömürlük olmayacaq ki. O gedəcək, yerinə başqası gələcək. Yəni, bu, həyatdır. Bəli, ola bilər ki, bir az ağır olsun, yeni gələn futbolçu sistemə uyğun olmasın, gec açılsın. Futbolçunun uyğunlaşmağı da lazımdır. Biri var Avropa, biri də var Azərbaycan çempionatı. Bunların arasında fərq böyükdür. "Qarabağ" Avropada öz sözünü demiş klublardan biridir. Ona görə də məncə, hansı futbolçunu istəsələr, o oyunçunu gətirə bilərlər. "Qarabağ" yenə də sakit şəkildə öz oyununu oynayacaq".
Ağasəlim Mircavadov deyir ki, bu transferlərin fonunda yerli futbolçularımız da inkişaf etməlidirlər: "Xarici oyunçu almaq məlum şeydir. Onu transfer edirsən, bir az oynadırsan, satırsan. Bəs, yerli futbolçular necə olacaq? Məni düşündürən budur. Onlar da inkişaf etməlidirlər, 5 milyondan da artıq məbləğdə başqa klublara keçməlidirlər".
Futbol mütəxəssisi Bəxtiyar Musayev Kadinin gedişinin "Qarabağ" üçün itki olduğunu, lakin komandanın bunun öhdəsindən gələcəyini düşündüyünü deyib: "Kadinin gedişi "Qarabağ" üçün itki sayıla bilər. Çünki Kadi lider futbolçulardan biri idi. O, gəldiyi ilk gündən özünü çox yaxşı tərəfdən göstərirdi və hər oyunda daha da gözoxşayan çıxış edirdi, azarkeşlərin də rəğbətini qazanmışdı. Amma bu transferə görə "Qarabağ"ın yaxşı qazancı da olacaq. Bir neçə dəfə şahidi olmuşuq ki, lider futbolçular "Qarabağ"dan gediblər. O vaxt Riçard Almeyda, Dino Ndlovu, Mahir Emreli, Reynaldo Silva getmişdi. Amma biz onlar gedəndən sonra da “Qarabağ”ın daha da yaxşı çıxış etdiyini gördük. Kadi lider futbolçu idi. Amma yəqin ki, onun transferinin müsbət tərəfi də olacaq. Çünki bu satışdan əldə olunan məbləğ böyük puldur. Burada Qurban Qurbanov faktoru da var. O, komandadan gedən hər bi futbolçunun yerini doldurmağı bacarır. Düşünürəm ki, yaxşı olar".
Musayev vurğulayıb ki, Kadinin böyük məbləğ qarşılığında "Krasnodar"a transferi nəinki "Qarabağ", ümumiyyətlə, Azərbaycan futbolu adına böyük uğurdur: "Kadi böyük futbolçu olsa da, "Qarabağ"ın bu transferdən qazanacağı şeylər də az deyil. Bu, nəinki “Qarabağ", Azərbaycan futbolu üçün uğur sayıla bilər. Mən özüm də bu sferada çalışıram. Bəzən futbolçuları cəlb etmək asan olmur. Xaricdə yaşayan oyunçuları ölkəmizə gətirmək həmişə rahat deyil. Hər biri düşünür ki, Azərbaycana gəldikdən sonra karyerası çox da diqqət mərkəzində olmayacaq. Amma Kadinin bu məbləğə "Krasnodar"a transfer olunması Azərbaycana yuxarıdan aşağı baxan futbolçular üçün nümunə ola bilər. Yəni, onlar da düşünəcəklər ki, Azərbaycan çempionatında çıxış edərək böyük klublara getmək olar. Ümumi götürsək, məncə, Kadinin gedişi itki kimi görünsə də, daha çox "Qarabağ"ın, bütün Azərbaycan futbolunun xeyrinə oldu".
Musayevin sözlərinə görə, "Qarabağ" Kadinin yoxluğunda mütləq yeni oyunçu transfer etməlidir: "Onsuz da "Qarabağ"ın güclənməyə ehtiyacı var idi. Kadinin gedişi də bir az problem yaratdı. Ümid edirəm ki, Qurban Qurbanovun bəyənib seçdiyi futbolçular var. Əgər həmin oyunçular komandaya qoşularsa, əlbəttə ki, "Qarabağ"ın işi çox yüngülləşəcək. Amma transfer olmasa, iş çətindir. Transferlər olsa, Kadinin yoxluğu hiss edilməyəcək".
Nur Zeynalova,
Qol.az
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi