Medianın İnkişafı Agentliyi layihəsi
Ansi Aqolli “Qarabağ”ın ən sevilən futbolçularından olub. Albaniyalı keçmiş futbolçu həm Ağdam klubunda oynadığı, həm də karyerasını başa vurduğu dövrdə Azərbaycana bağlılığı, sevgisi ilə seçilən azsaylı legioner futbolçulardan olub.
Bu gün Ansinin sabiq komandası “Qarabağ” Çempionlar Liqasında vacib oyuna çıxır. Qurban Qurbanovun komandası turnirin ikinci təsnifat mərhələsinin cavab görüşəndə İsveçrədə “Sürix”lə qarşılaşacaq. Bu komandaların Bakıdakı oyununda “Qarabağ” 3:2 hesabı ilə qələbə qazanıb. Ağdam təmsilçi növbəti mərhələyə yüksəlmək üçün favorit sayılsa da, futbol gözlənilməzliklə dolu oyundur...
Ansi ilə söhbətimiz əsasən, “Qarabağ”ın bugünkü oyunu ilə bağlı oldu. Amma əvvəlcə, Albaniya millisinin sabiq kapitanı bugünkü fəaliyyəti barədə danışdı:
- Bildiyiniz kimi, 2 il öncə futbolçu karyeramı bitirdim. O vaxtdan ABŞ-da yaşayıram. Burada iki futbol akademiyasına rəhbərlik edirəm. Onlardan biri Nyu-York, digəri Nyu-Cersidə yerləşir. Bəzən bu akademiyalarda çıxış edən gənclərlə, azyaşlılarla futbol oynayıram. Yaratdığım akademiyaların futbolçuları ilə oynamaq çox yaxşıdır. Azyaşlı futbolçularla vaxt keçirmək, onların inkişaf etməsinə kömək etmək, gələcəyin oyunçusu kimi yetişdirmək mənə də böyük təcrübə qazandırır.
- “Qarabağ” sizə nə verdi?
- Bu klubda 10 il çıxış etmişəm və bundan peşman deyiləm. Hər şeyi bu klubda qazandım, mümkün olan bütün rekordları qırdım. Amma indi yeni nəsil, gənc oyunçuların zamanıdır. Onlar yaxşı oyun nümayiş etdirməli, qələbələr qazanmalı və bundan zövq almalıdırlar. Çünki futbolçu karyerası çox qısadır. “Qarabağ”da çıxış edən bütün oyunçulara tövsiyə edirəm ki, bu klubda keçirdiyi hər andan zövq alsınlar. Bu komandadakı hər bir oyun dərs, təcrübədir. “Qarabağ” böyük məktəbdir. O, təkcə bugünün yox, həm də gələcəyin klubudur. Orada qazandığın təcrübə futbolçu karyeran yekunlaşandan sonra belə sənə kömək olur. “Qarabağ”dakı fəaliyyətin gələcəyin məşqçisi kimi də sənə böyük təcrübə qazandırır. Bütün gənc oyunçulara bu məktəbdən yararlanmağı, komandaya 100 faiz köklənməyi tövsiyə edirəm.

- Bu gün “Qarabağ” səfərdə “Sürix”lə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?
- Birinci oyunu təhlil edəndə görürük ki, ümumilikdə “Qarabağ” növbəti mərhələyə adlamaq üçün yaxşı imkan əldə edib. Əlbəttə, bu, Çempionlar Liqasıdır və hər şey ola bilər. Amma birinci oyundakı nəticə üçüncü mərhələdə oynamaq üçün böyük inam yaradır.
- “Qarabağ”ın növbəti mərhələdəki mümkün rəqibləri haqda fikriniz necədir?
- Düşünürəm ki, Ağdam klubu bu turu keçəcəyi halda növbəti mərhələdə “Ferentsvaroş”la (Macarıstan) qarşılaşacaq. Bununla belə, ən vacib olan bugünkü matçdır. Növbəti mərhələyə keçəcəyi təqdirdə rəqiblər haqqında nəsə demək tez olar. Çempionlar Liqasında həmişə yaxşı komandalar çıxış edir. Hər bir klub öz ölkəsinin çempionudur. Yəni Çempionlar Liqasında asan oyun, asan rəqib yoxdur. “Qarabağ”ın hazırkı rəqibi İsveçrə çempionudur və təcrübəli klubdur. Deyərdim ki, I təsnifat mərhələsindəki rəqib də asan deyildi. “Qarabağ”ın rəqibləri çox yaxşı təşkilatlanmış, keyfiyyətli klublardır.

- “Qarabağ”ın son illərdə etdiyi transferlər barəsində nə deyə bilərsiniz? Bu klubda müdafiəçi kimi çıxış etmisiniz. Sabiq klubunuzun hazırkı müdafiə sistemi barədə nə düşünürsünüz?
- Səmimi olsaq, “Qarabağ”da çox da böyük bir dəyişiklik olmayıb. Yeni simalar olmasına baxmayaraq, sistem dəyişməz olaraq qalır. Bu, mən oynadığım vaxtlarda da belə idi. Komandaya təcrübəli yeni oyunçular gətirilib. Düşünürəm bi, bizim dövrümüzdəki heyət daha güclü idi. Rəşad Sadıqov, Maksim Medvedev, Admir Teli, mən... Biz daha təcrübəli idik. Amma “Qarabağ” açıq oyuna üstünlük verir. Topla oynamağı sevən komandadır. Bununla belə bilirik ki, topla çox oynamaq da bəzən riskli olur. Dediyim kimi, “Qarabağ”da müdafiə sistemi dəyişməz olaraq qalsa da, yeni oyunçular gəlib. Düzdür, bizim dövrümüzdə olan müdafiəçilər bir qədər daha təcrübəli idi, amma indi də təcrübəli oyunçular var. Maksim Medvedev təcrübəli müdafiəçi olaraq ordadır.
- “Qarabağ”ın son illər avrokuboklardakı oyunları barədə fikirləriniz necədir?
- “Qarabağ” avrokuboklardakı çıxışını uğurlu saymaq olar. Ötən mövsüm komanda Konfrans Liqasında qrupdan çıxmağa bacardı, pley-offda oynadı. Bu, klub üçün yeni rekord oldu. Ötən il komanda ölkə çempionu ola bilməsə də , son mövsümdə bunu bacardı. “Qarabağ” həmişə öz mövqeyindədir. “Qarabağ”ın oyunlarını izləmək xoşdur. Onların necə futbol oynadığından hamı xəbərdardır. “Qarabağ”ın sərgilədiyi oyun azarkeşlərə, Azərbaycan xalqına və hətta avropalı futbol fanatlarına belə zövq verir.
Azad Nuriyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular