Medianın İnkişafı Agentliyinin layihəsi
Fransanın paytaxtı Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunları başa çatmaq üzrədir. Dünyanın ən mötəbər idman turnirində iştirak edən Azərbaycan təmsilçilərindən biri də kamandan oxatanımız Yaylagül Ramazanovadır.
Xatırladaq ki, Y.Ramazanova 7 aylıq hamilə olmasına baxmayaraq, Paris-2024-də əzmlə mübarizə aparıb. O, 1/32 finalda çinli An Qixuanı xala-xal prinsipi ilə üstələməyi bacarıb. Lakin 1/16 finalda Tokio-2020-nin bürünc medalçısı, dünya və Avropa çempionu, almaniyalı rəqibi Mişel Kroppenə 2:6 hesabı ilə uduzaraq olimpiada ilə vidalaşmalı olub.
Yaylagül Ramazanova çətin fiziki durumuna rəğmən cəsarətli çıxışlarına görə bütün dünya mediasının diqqətini özünə cəlb edə bilib.
Kamandan oxatma idman növündə olimpiadaya ilk lisenziyanı təmin edən Ramazanova sözsüz ki, ölkə idmansevərlərinin də böyük rəğbətini qazanıb.
Budəfəki həmsöhbətimiz də məhz Y.Ramazanovadır.
- Yaylagül xanım, Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı təəssüratlarınız çox maraqlıdır...
- Paris-2024 Yay Olimpiya Oyunları mənim üçün əlamətdar oldu. Hesab edirəm ki, bu olimpiadada iştirak etmək mənim və komanda yoldaşlarımın növbəti yarışlar üçün məsuliyyətimizi birə-beş artıracaq. Sözsüz ki, biz hamımız yarışlara ciddi hazırlaşmışdıq. Mən də durmadan məşq edirdim. Hədəfim ölkəmə medal qazandırmaq idi. Buna nail ola bilməsəm də, yenə də qürur hissi keçirirəm. Öz idman növümdə ölkəmi olimpiadada təmsil edən ilk azərbaycanlıyam. Bu, göstəricinin özü mənim üçün böyük uğurdur. Və karyeramda qazandığım hər bir uğuruma görə cənab Prezidentimiz İlham Əliyevə, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Kamandan Oxatma Federasiyasına, məşqçilərimə və ailəmə təşəkkür edirəm. Onların dəstəyi və inamı bizə güc verir və qüvvəmizi ortaya qoyaraq, ölkəmizin uğurlarına töhfə verməyə çalışırıq.
- Yarışlara hamiləykən qatıldınız. Bu, səhhətiniz üçün riskli deyildi?
- Biz idmançılar həmişə gərgin məşq edirik, yəni burada qeyri-adi heç nə yoxdur. Lisenziya yarışımız da iki təsnifatdan ibarət oldu. Fərdi yarışlarda bizim komandadan yalnız mən "Paris-2024"ə lisenziya qazandım. Riskli heç bir hal yaşanmadı. Bu sahədə peşəkar olduğum üçün bilirdim ki, işin öhdəsindən layiqincə gələcəyəm. Təbii ki, həkimlərin məsləhəti də çox önəmli idi. Və bütün bunlar nəzərə alındıqdan sonra mən Paris-2024-ə qatıldım.
- Bu addımınızı ailəniz, doğmalarınız necə qarşıladı?
- Ailəm hər şeyi normal qarşıladı. Mənə doğru məsləhətlər verdilər, sağ olsunlar.

- Yarışlara hazırlaşarkən hansı çətinliklərlə üzləşdiniz?
- Biz məşqlərimizi həmişəki kimi davam etdirirdik. Heç bir çətinliyimiz olmadı. İki kamanım var idi. İkisini də hazır vəziyyətə gətirib mübarizənin başlamasını səbirsizliklə gözləyirdim.
- Ana olmağa hazırlaşdığınız bir vaxtda Oimpiadaya qatılmağınız həm də Azərbaycan xanımının necə güclü və iradəli olduğunu bütün dünyaya nümayiş etdirdi...
- Azərbaycan qadınlarının güclü və mübariz olması ilə bağlı tarix boyu çox deyilib, çox yazılıb. Biz də bu yolu davam etdirməyə çalışırıq. Vətəni təmsil etmək çox qürurvericidir. Bunu hər bir Azərbaycan qadını edərdi.
- Bildiyiniz kimi, yarışları izləyən bütün insanlar sosial şəbəkələrdə haqqınızda xoş sözlər ünvanlayırdılar. Azarkeşlərin şərhlərini necə qarşılayırdınız?
- Bəli, sosial mediadakı paylaşımları izləyirdim. Xoş sözlər və rəylər yazan insanlara təşəkkür edirəm. Mənə mötivasiya verdikləri üçün çox sağ olsunlar.
- Növbəti Olimpiya Oyunlarında da iştirak etməyi planlaşdırırsınızmı?
- Bəli, növbəti Olimpiadada da iştirak etmək istəyirəm. Amma şübhəsiz ki, bunun üçün əvvəlcə yüksək hazırlıq səviyyəsi və lisenziya qazanmaq lazımdır. Ümidvaram ki, bizim komandamız bunu bacaracaq.
- Bəs qarşıda ən böyük hədəfiniz nədir?
- Gözəl ailəyə, həmçinin peşəkar karyeramı zənginləşdirərək titullara sahib olmaq istəyirəm.
- Düşünürsünüzmü ki, idmançı kimi cəsarətli davranışınız ölkəmizdə qızların kamandan oxatmaya marağını artıracaq?
- Bəli. Gələcəkdə sözsüz ki, kamandan oxatmaya maraq daha da artacaq. Ümumiyyətlə, mən bir peşəkar idmançı kimi gənclərə tövsiyə edirəm ki, idmanı sevsinlər. Bu, həm fiziki gücdür, həm də hədəfə köklənməkdir. Bir gün mütləq uğur qazanacaqlarına əmin olsunlar!
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
Millətlər Liqası başlayır
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"