"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub

"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
PREMYER LİQA 1 Noyabr 2026 / 17:20 500
-  A +

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəldikləri matç (3:2) haqda fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis Şamaxıda oynamağın asan olmadığını vurğulayıb:

"Fikrimcə, pis oyun keçirmədik. Həm hücumda, həm də müdafiədə yaxşı çıxış etdik. Bilirdik ki, “Şamaxı” asan rəqib deyil və qələbə qazanmaq üçün çox çalışmalı olacağıq. İlk 5-7 dəqiqədə rəqib yaxşı hücumlar qurdu, qol imkanları yaratdı. Daha sonra toparlandıq və standart vəziyyətdən qol vurduq. Buna baxmayaraq, “Şamaxı” hesabı bərabərləşdirdi və fasiləyə heç-heçə ilə yollandıq.

Fasilədə futbolçulara təzyiqi və oyunun intensivliyini artırmağı tapşırdıq. Heç bir halda xal itirə bilməzdik. İkinci hissədə komandamın çıxışından xoşum gəldi. Rəqibin ciddi qol imkanları çox olmadı, amma yenə də hesabı bərabərləşdirə bildilər. Dəyişikliklər etdik və bu, öz nəticəsini verdi. Adeleke Akinyemi üçüncü qolumuzu vurdu.

Şamaxıda oynamaq çətindir. Bura orta dağlıq ərazidir. Futbolçular deyirdilər ki, sanki oksigen çatmır. Bu, normaldır. Əsas odur ki, qalib gəldik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Onların qarşısında baş əyirik".

Daha çox


Qarabağ FK
Son xəbərlər
31.10.26  13:03

"Kəpəz"da ciddi itki

topaz banner