"Mançester Yunayted” İngiltərə Premyer Liqasının 9-cu turunda səfərdə “Çelsi”yə 0:2 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, bununla da Maykl Kerrikin rəhbərlik etdiyi komandanın bütün turnirlərdə qələbəsiz oyunlar seriyası 9 matça çatıb. İngiltərə mətbuatının yazdığına görə, Mançester təmsilçisi sonuncu dəfə 1988-ci ilin noyabrında belə uğursuz seriya ilə üzləşmişdi.
“Mançester Yunayted” son 9 görüşdə 3 dəfə heç-heçə edib, 6 dəfə məğlub olub. Komanda İngiltərə çempionatının cari mövsümündə keçirdiyi 9 oyunda cəmi 1 qələbə qazanıb.
Üstəlik, “Mançester Yunayted” Premyer Liqada artıq iki aydır qalib gələ bilmir. Komanda sonuncu qələbəsini avqustun 30-da “İpsviç” üzərində (5:2) qazanıb.
“Çelsi” ilə matçdan sonra baş məşqçi Maykl Kerrikə növbəti oyunda da komandanın sükanı arxasında olub-olmayacağı barədə sual verilib. “Bəli, növbəti matçda da baş məşqçi olacağımı gözləyirəm”, – deyə Kerrik BBC-yə açıqlamasında bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” növbəti oyununu noyabrın 3-də Çempionlar Liqasında “Roma”ya qarşı keçirəcək.
Bugünkü oyunu buraxacaq
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi