“Qalatasaray”ın vitse-prezidenti Abdullah Kavukçu klubun idarə heyətindəki vəzifəsindən istefa verib.
QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, o, qərarını oktyabrın 27-də keçirilən iclasda klubun ikinci prezidenti Metin Öztürklə yaşadığı mübahisə ilə əlaqələndirib.
Kavukçu hadisənin, xüsusilə sosial şəbəkələrdə həqiqəti əks etdirməyən formada təqdim olunmasından təəssüfləndiyini bildirib.
"İki rəhbər arasında yaşanan mübahisənin fərqli şəkildə təqdim olunaraq klubun hədəflərinə və birliyinə zərər vurmasını istəmirəm. Şəxsi məsələlərin “Qalatasaray”ın nüfuzuna və sabitliyinə kölgə salmaması üçün istefa vermək qərarına gəldim. Kluba bağlılığım heç bir vəzifə və titulla məhdudlaşmır. Bundan sonra da onun uğurları üçün çalışacağam".
Qeyd edək ki, Metin Öztürk də oktyabrın 27-dəki iclasda baş verən mübahisədən sonra istefa verib. O, hadisə zamanı fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini iddia edib. Öztürk klubun və ona bağlı şirkətlərin idarə heyətlərindəki vəzifələrindən ayrıldığını açıqlayıb.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”