Medianın İnkişafı Agentliyinin layihəsi
2021-ci ildəki son həmsöhbətimiz AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevdir.
- Şahin bəy, 2021-ci ili Azərbaycan futbolu üçün necə qiymətləndirirsiniz?
- Düzü, bu ili futbolumuz üçün uğurlu hesab edə bilmərik. Çünki milli komandamız DÇ-2022-nin seçmə mərhələsində çox pis nəticə göstərdi. Yığma öz səviyyəsindən olduqca aşağı çıxış etdi və cəmi 1 xal qazandı. Təbii ki, bu nəticəni uğurlu hesab etmək olmaz. Əsas millimizlə yanaşı, bu il U-19, U-21 yığmalarımız da yaxşı çıxış etmədi. Klublarımızdan isə “Qarabağ”dan başqa heç bir komanda Avropada irəliləməyi, uğur qazanmağı bacarmadı.
- Millimizin uğursuz nəticələrindən danışdıq. Bəs, yığmada müsbət məqam kimi nəyi qeyd edə bilərik?
- Onu deyə bilərəm ki, hazırda millidə çox yaxşı futbolçular var. Yığmada təməlqurma prosesi gedirdi. Mənə elə gəlir ki, millinin indiki heyəti tarixi ərzində ən yaxşısıdır. DÇ-2022-də uğur əldə etməsək də, oyunçuların bir-birini başa düşməsini, xətlərarası əlaqənin yaxşı olmasını müsbət məqam kimi vurğulaya bilərəm. Məncə, irəliləyiş var. Futbolçularımız rəqiblər ilə başabaş oynamağa qadirdirlər. Ümid edirəm ki, gələcəkdə yaxşı nəticələr görəcəyik.
- Bəs, Premyer Liqamız haqqında nə deyə bilərsiniz? Mövsümün əvvəli mövsümün sonu üçün nə vəd edir?
- Premyer Liqadakı durumu orta qiymətləndirmək olar. Çünki nə xüsusi bir parlaqlıq var, nə də çox zəiflik. “Qarabağ”ın çempionatdakı dominantlığı davam edir. Ötən mövsüm “Neftçi” başda olmaqla “Qarabağ”a bir neçə klub mane olmaq istəyirdi. Amma bu mövsüm belə bir şey yoxdur. Həm oyun, həm də nəticə baxımından “Qarabağ”ı dayandıracaq hər hansı bir komanda görmürəm. İndi autsayderlər də çoxdur. Əvvəl təkcə 1-2 klub aşağı nəticə göstərirdisə, indi həm “Sumqayıt”, həm “Keşlə”, həm də “Səbail”in sonuncu pillələrdə olması yaxşı nəsə vəd etmir. Düzü, “Sumqayıt”ın ötən ildəki çıxışı ilə bu ilki oyunu arasında da çox fərq var. “Qəbələ” bir az bizi yaxşı mənada təccübləndirdi. “Sabah” orta səviyyədə çıxış edir. Mövsümün ilk 2 dövrəsini “Neftçi” üçün uğursuz saymaq olar. Əvvəlki illərə nisbətən bu dəfə yüksək səviyyəli derbilər olmur.
- Bayaq da vurğuladınız ki, "Qarabağ"dan başqa heç bir klubumuz Avropada irəliləyə bilmədi. Bəs, Ağdam təmsilçisinin Konfrans Liqasının qrup mərhələsindəki çıxışını necə qiymətləndirirsiniz?
- “Qarabağ” doğrudan da futbolumuzun parlaq siması oldu. Komanda Avropada yaxşı çıxış edərək pley-off mərhələsinə vəsiqə qazandı. Həqiqətən də “Qarabağ”ın oyunu əla idi. Düzdür, çox çətin matçlar keçirdi. Amma buna baxmayaraq, komanda topa nəzarət cəhətdən, həm də digər amillərdə rəqiblərini üstələyirdi. “Qarabağ” illərdir ki, avrokuboklarda mübarizə aparır. Sadəcə “Bazel”lə oyunda bir az təcrübə çatışmadı. Son görüşdə komandamız həqiqətən də yaxşı oynadı. Amma hakimin təmiz qolu qeydə almaması oyunun axarını dəyişdi. “Qarabağ”ın pley-off mərhələsinə vəsiqə qazanması da böyük bir uğurdur. Komanda ümumiyyətlə, zəif çıxış etmədi, stabil oynadı. “Qarabağ” nəticəyə kökləndi və uğur qazandı.
- “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə (Fransa) keçirəcəyi oyunlar haqqında nə deyə bilərsiniz? Komandamızın şansları necədir?
- “Marsel” əslində potensial rəqiblər arasında ən güclü 2 komandadan biri idi. Digəri isə PSV idi. “Marsel” Avropanın ən güclü 5 çempionatından birində çıxış edən komandadır. Amma keçilməz rəqib yoxdur. “Qarabağ” “Atletiko”, “Çelsi”, “Roma” kimi rəqiblərlə mübarizə aparmağı bacarıb. Artıq komanda daha da yetişib. Əvvəlki illərə nisbətən “Qarabağ”ın təcrübəsi çoxalıb. Bizi maraqlı oyun gözləyir. Düzdür, kimsə “Marsel”i favorit saya bilər, amma məncə, şanslar bərabərdir. Çünki bu komandaların ikisi də pley-off-a vəsiqə qazanıbsa, deməli, şansları eynidir. Mən “Qarabağ”a uğurlar arzu edirəm.
- Son olaraq bu mövzuya da toxunaq. Futbolumuzun 2021-ci ildəki vəziyyəti gələcək üçün nə vəd edir?
- Millinin bu ilki uğursuzluğunu da uğura aparan yol kimi görə bilərik. Çünki komanda formalaşır. Həm də “Qarabağ”a baxanda düşünürük ki, klublarımız Avropada irəli gedə bilər. Ancaq təəssüf ki, digər klublarımız hələ stabil çıxış etmirlər. “Neftçi”də legionerlərin sayı həddindən artıq çoxdur. Bu da onların gələcəkdə uğur qazanmamasına gətirib çıxara bilər. Ümid edirəm ki, hazırkı durum analiz ediləcək və çıxış yolu tapılacaq. İnanıram ki, 2022-ci ildə Premyer Liqada mübarizə aparan klublarımızın da sayı artacaq. Bu halda çempionat daha maraqlı olar. Həm də “Turan Tovuz”, “Kəpəz” kimi komandaların Premyer Liqada yarışması regionlarda futbolun inkafı üçün böyük addım olar.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi