“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi

“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
DÜNYA FUTBOLU 29 Sentyabr 2026 / 00:59 341
-  A +

UEFA Millətlər Liqasının B Liqasının ikinci turu çərçivəsində Bosniya və Herseqovina yığması səfərdə Rumıniyanın qonağı olub. 

QOL.az xəbər verir ki, matç qonaqların qələbəsi ilə başa çatıb. 

Rumıniya - Bosniya və Herseqovina - 2:4
Qollar
: Qiqoviç, 12 (0:1), Muharemoviç, 19 (0:2), Birliqea, 28 (1:2), Yabakoviç, 40 (1:3), Mahmic, 55 (1:4), Cicaldau, 62 (2:4)

Bosniya və Herseqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb. 

Qeyd edək ki, 2 turdan sonra Bosniya və Herseqovina yığması 4 xalla qrupda ikinci yerdədir.


Qarabağ FK
Son xəbərlər
topaz banner