Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi

Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
XƏBƏR 29 Sentyabr 2026 / 09:20 1411
-  A +

“Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin düşərgəsində zədələnib.

QOL.az xəbər verir ki, o, KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb. 26 yaşlı vinger matçın 12-ci dəqiqəsində ayağından zədə alıb və əvəzlənməli olub.

Sefasın durumu ilə bağlı hələlik açıqlama verilməyib. Oyun Hondurasın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Sefas sentyabrın 26-da KONKAKAF Millətlər Liqasında Qvatemala ilə matçın əlavə vaxtında qol vuraraq Yamaykaya qələbə (3:2) qazandırmışdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner