Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella UEFA Millətlər Liqasında evdə İtaliyaya 1:4 hesablı məğlubiyyətdən sonra istefa verib-verməyəcəyi ilə bağlı sualı cavablandırıb.
QOL.az xəbər verir ki, mətbuat konfransında jurnalistlərdən biri italiyalı mütəxəssisə stadiondakı azarkeşlərin istefa çağırışlarını xatırladıb.
Montella istefa verməyi düşünmədiyini bildirib:
“Xeyr! Gördüyüm işə inanıram. Vacib təkliflər aldığım vaxtlarda belə getmədim. Futbolçularımıza inamım davam edir. Onların arxasındayam. Onlarla birlikdə buralara necə gəlmişiksə, buradan da yolumuza davam etməyi bacararıq. İstefa məsələsi yaranarsa, lazım gəldikdə futbolçularımla danışaram. Amma hazırda belə bir məsələ gündəmimizdə yoxdur”.
Montella Türkiyə millisinin son illərdə keçdiyi yolu da xatırladıb: “Bu komanda üç il əvvəl C Liqasında idi. Sonra mənimlə B Liqasını qazandıq. Bu gün A Liqasındayıq. Burada səviyyə fərqlidir. Üç gündən bir bu səviyyədə oynamağın asan olmadığını demişdim. Bu, bəhanə deyil, amma öyrəşdiyimizdən fərqli vəziyyətlə üzləşmişik”.
O, iki komandanın heyətlərinin bazar qiymətinə də toxunub: “Matçdan əvvəl heyətlərin qiymətlərinə baxdım. İtaliya 840 milyon avro, Türkiyə isə 417 milyon avrodur. Qəzetlərdə sanki bizi asan oyun gözlədiyi barədə ab-hava var idi. Futbolçularıma bunun asan olmayacağını demişdim”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı