Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı

Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
DÜNYA FUTBOLU 29 Sentyabr 2026 / 10:25 423
-  A +

Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu saxlanılıb.

QOL.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində ümumilikdə 7 nəfər barəsində saxlanılma qərarı verilib.

Onlar rəsmi sənədlərin saxtalaşdırılması və mobbinqdə (iş yerində bir şəxsin rəhbər və ya iş yoldaşları tərəfindən davamlı psixoloji təzyiqə, təhqirə, hədə-qorxuya və ya sıxışdırılmaya məruz qalması) ittiham olunurlar.

Bildirilir ki, araşdırma 2025-ci il sentyabrın 15-də zərərçəkmiş şəxslərdən birinin ifadəsi əsasında başlanıb. İstanbul, Ankara, Elazığ və Manisada eyni vaxtda əməliyyatlar keçirilib.

Ferhat Gündoğdu ilə yanaşı, TFF-nin hakim strukturunda hazırda çalışan və əvvəllər fəaliyyət göstərmiş şəxslərin də saxlanıldığı qeyd olunur.


Qarabağ FK
Son xəbərlər
topaz banner