Dekabrın 10-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
İclasda ölkənin bir sıra media qurumlarının və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak edib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq bildirib ki, Vətən müharibəsi başa çatdıqdan qısa müddət sonra ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli fərmanı hazırki dövrdə bu sahədə islahatların yol xəritəsidir. Azərbaycan mediasının Vətən müharibəsi və ondan sonrakı dövrdə yüksək vətənpərvərlik və dövlətçilik nümunəsi nümayiş etdirdiyini deyən birinci vitse-spiker “Media haqqında” qanunu bu sahədə keyfiyyətcə yeni islahatlara töhfə olaraq dəyərləndirib.
Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək deyib ki, müzakirəyə çıxarılan “Media haqqında” qanun layihəsi söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edir. O, informasiya siyasətinin əhəmiyyətindən danışaraq, ölkə başçısının müharibə dövründə 33 müsahibə ilə çıxış etdiyini, bununla düşmənə mənəvi, siyasi, diplomatik zərbələrin endirildiyini vurğulayıb.
Qanun layihəsi barədə fikirlərini açıqlayan Zahid Oruc qeyd edib ki, sənəd hazırlanarkən bu günün reallıqları, kütləvi informasiya vasitələrinin fəaliyyətinin daha səmərəli tənzimlənməsi məsələləri, bu sahədə beynəlxalq təcrübə nəzərə alınıb, bir çox KİV nümayəndələri ilə müzakirələr aparılıb. Layihə ölkə Prezidentinin müvafiq fərmanından sonra yaradılan işçi qrupu və Milli Məclisin üzvləri ilə birgə hazırlanıb. Bildirilib ki, media sahəsində sürətlə dəyişən çağırışları və tələbləri tənzimləmək üçün yeni qanuna ehtiyac yaranıb. Bu qanun qəbul edildikdən sonra “KİV haqqında” və bu sahəni tənzimləyən digər qanunlar qüvvədən düşmüş hesab olunacaq.
Diqqətə çatdırılıb ki, yeni qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil 78 maddədən ibarətdir. Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bildirilib ki, qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb.
Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq media sahəsində dövlətin əsas vəzifələri kimi göstərilib.
Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər müvafiq maddələrdə öz əksini tapıb.
Sonra iclasda çıxış edən qanun layihəsini hazırlayan işçi qrupunun rəhbəri, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında müvafiq fərman imzalandıqdan sonra Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı işlərə başlanması milli informasiya məkanında davamlı inkişafın dövlət üçün prioritet məsələ olduğunu göstərir. Fərmana uyğun olaraq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi və digər mühüm şərtləri özündə birləşdirən innovativ imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsini təmin etmək media sahəsində islahatların əsas məqsədlərindəndir. Bununla yanaşı, media sahəsində normativ-hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması əsas hədəflər kimi müəyyənləşdirilib.
Əhməd İsmayılov bildirib ki, “Media haqqında” qanun layihəsini hazırlamaq məqsədi ilə Milli Məclisin üzvlərinin, ekspertlərin, Milli İnkişaf Agentliyinin nümayəndələrinin təmsil olunduğu işçi qrupu yaradılıb. Qanun layihəsinin məqsədi daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi və medianın cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması yolu ilə yerli medianın inkişafına təkan verməsi, informasiya mühitinin rəqabətliliyinin artırılmasıdır. Qeyd olunub ki, layihəyə daxil edilmiş mütərəqqi normalar sayəsində ölkə mediasında şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinin əsaslarının təmin edilməsi, ictimaiyyət və media arasında qarşılıqlı etimadın gücləndirilməsi mümkün olacaq.
Diqqətə çatdırılıb ki, yeni qanuna media və media subyektləri anlayışları daxil edilib, ilk dəfə olaraq jurnalist anlayışı şərh edilib və yeni layihəyə əsasən, əmək müqaviləsi ilə fəaliyyət göstərən müxbirlərə də jurnalist statusu verilir. Bununla yanaşı, çap mediası, audiovizual və onlayn media subyektlərinin, informasiya agentliklərinin, televiziya və radio yayımı sahəsində fəaliyyət göstərən subyektlərin konkret dairəsi müəyyənləşdirilib. Qeyd olunub ki, layihədə müəllif hüquqlarının qorunması ilə bağlı müddəalar media sahəsində orijinal və yenilikçi ideyaların təbliğini dəstəkləyir, başqa media subyekti və jurnalistin materialından icazəsiz istifadə hallarının qarşısının alınması yollarını müəyyən edir.
Qeyd olunub ki, Azərbaycan Respublikasında media subyektlərinə, onların redaksiyalarına, jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədi ilə media reyestrinin formalaşdırılması nəzərdə tutulub. Sənədə əsasən, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Çap mediası və onlayn media subyekti təsis etmək istəyən şəxs çap mediası məhsulunun istehsalından və onlayn materialın yayımlanmasından əvvəl rəsmi müraciət etməlidir. Reyestrin təşkili güzəştlərin və imtiyazların tətbiq olunan media subyektlərinin və jurnalistlərin dairəsinin müəyyənləşdirilməsi yolu ilə onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslarını formalaşdırmağa imkan verəcək.
Bildirilib ki, layihədə beynəlxalq yanaşma nəzərə alınmaqla, media sahəsində baş verən qanunazidd hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulub. Sənədə əsasən, bütün media sahələri vahid qanunla tənzimlənir. Qanun layihəsinin qəbul edilməsi ilə “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və Radio yayımı haqqında” qanunların ləğv edilməsi nəzərdə tutulub.
Sonra iclasda qanun ətrafında geniş müzakirələr aparılıb. Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Elman Nəsirov, Razi Nurullayev, Naqif Həmzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, media eksperti Qulu Məhərrəmli, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Real-TV-nin baş direktoru Mirşahin Ağayev, “Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud, Xəzər TV-nin baş direktoru Murad Dadaşov, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, “Ayna”, “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Mətbuat Şurası sədrinin müavini Ümid Mirzəyev, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Media haqqında” qanun layihəsi barədə fikirlərini açıqlayıblar, sənədin medianın inkişafında yeni imkanlar yaradacağını bildiriblər. Müzakirələr zamanı bir sıra qeyd və təkliflər də səsləndirilib.
Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, qanun layihəsini hazırlayan işçi qrupunun rəhbəri, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli qanun layihəsinin hazırlanması prosesi zamanı görülən işlərdən bəhs ediblər, sənədlə bağlı səsləndirilən fikirlərə aydınlıq gətiriblər, iştirakçıları maraqlandıran bir sıra sualları cavablandırıblar.
İclasın sonunda “Media haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi