Medianın İnkişafı Agentliyinin layihəsi
Müxtəlif dövrlərdə sayı çox olmasa da, azərbaycanlı futbolçular ölkə xaricində çıxış ediblər. Hazırda da fərqli çempionatlarda mübarizə aparan xarici klublarda futbolçularımız var. Ancaq bütün dövrlərdə onların sayı istənilən qədər olmayıb. Elə indi də legioner həyatı yaşayan və sırf Azərbaycan futbolunun yetirməsi olan 10 futbolçunun adını çəkə bilmərik.
Bəli, bu gün Mahir Emreli Polşa “Legiya”sında inamlı çıxışı ilə daha yaxşı perspektiv vəd edir. Millimizin başqa bir üzvü Namiq Ələsgərov Türkiyənin tanınmış “Bursaspor” klubunda oynayır. Vüsal İsgəndərli “Bursaspor” kimi, Türkiyə 1-ci liqasında çıxış edən “Keçiörengücü”ndə forma geyinir. Araz Abdullayev Kiprdə “Etnikos” klubundadır. Fərid Nəbiyev Çexiya 1-ci divizionunda mübarizə aparan “Viktoriya”da çıxış edir və ara-sıra qollarını vurur. Ancaq təəssüf ki, belə misalları çox çəkə bilmirik.
Mövzu ilə bağlı FİFA agenti Vaqif Heydərli ilə danışdıq. O, futbolçularımızın xarici klublara getməsinə mane olan səbəblərin çox olduğunu deyir:
“Bizim futbolçulara tələbat azdır. Azərbaycanlı futbolçu markası populyar deyil, özünü təsdiq etməyib. Daha əvvəl ölkə xaricində çıxış edən futbolçularımız kifayət qədər uğurlu olmadığı üçün indikilər üçün də çətindir. Əslində səbəblər çoxdur. Mən ən başlıca olanları deyirəm.
Xaricdə uşaq futbolundan başlayaraq hər şey peşəkar səviyyədə olur. İstər məşq sistemi olsun, istərsə də futbola yanaşma, hər şey o qədər peşəkar səviyyədə qurulub ki... Bizdə isə demək olar ki, peşəkar futbol akademiyaları yoxdur. Bizim uşaqlar həmin o peşəkar həyatı yaşamadıqları üçün ölkə xaricinə gedəndə əziyyət çəkirlər və bu çatışmazlıqlar özünü göstərməyə başlayır. Nəticədə də rəqabəti uduzurlar. Bu da onların karyerasında uğursuzluğa gətirib çıxarır. Hansı ki, onlar göstəricilərinə görə ola bilsin ki, heç kimdən geri qalmırlar. Ancaq davamiyyət, işə peşəkar yanaşma və bu kimi şeylərə düzgün əməl etmədiklərinə görə orada axsamalar başlayır.

Futbolda xırda şey yoxdur. Məsələn, orta məktəbdə 11 sinif olur. İbtidai sinifdə riyaziyyatı mükəmməl öyrənməsəniz, yuxarı sinifdə olan riyaziyyat əməllərini yerinə yetirə bilməzsiniz. Çünki sizin bazanız yoxdur. Belə olan halda əziyyət çəkəcəksiniz. Futbolda da belədir. Uşaq futbolunda fundamental vərdişləri, yəni topa necə zərbə vurmağı, kənardan asmalar edəndə ayağın hansı hissəsinin qoyulmalı olduğunun detallarını öyrənməsən, böyüyəndə də əziyyət çəkəcəksən. Biz dəfələrlə bununla rastlaşırıq. Bəzən yüksək liqanın oyunlarında belə, topu yan xətdən düzgün ata bilmirlər. Yaxud da cinah oyunçusu 80 metr irəliləyəndən sonra düzgün asma edə bilmir. Yəni bunlar uşaq futbolundan başlayır. Hər yaş dönəminin öz təlimləri var. Uşaq vaxtından o tempi davam elətdirməyəndə sonra problemlər yaranır”.
İndiyədək bir çox futbolçumuzu ölkə xaricinə çıxarmış V.Heydərli hazırda bu işdə seçiminin az olduğunu qeyd edib: “Biz maksimum ən yaxşılarını seçib göndərməyə çalışırıq. Yəni öz klubunda, çempionatda, milli komandada seçilənləri. Elə futbolçular var ki, onlarda əvvəldən istedad olur. Bir qədər də üzərində işləyəndə normal futbolçuya çevirilirlər. Biz belələrini ölkə xaricinə çıxarırıq. Çünki digərlərindən fərqlənirlər. Hətta onlar belə, legioner həyatı yaşayanda çətinliklərlə qarşılaşırlar. Bizim seçimimiz o qədər geniş deyil. Adicə Gürcüstanda olan imkan bizdə yoxdur. Orada 50 futbolçu arasından 1-2-sini seçib göndərə bilirlərsə, bizdə isə o seçim imkanı yoxdur. Biz nisbətən yaxşılarını göndərmək məcburiyyətindəyik”.
V.Heydərli hazırda ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuların perspektivindən də danışıb: “18 yaşında xaricə gedən futbolçu ilə 25 yaşında gedən arasında təbii ki, fərq olacaq. Futbolda nəticə önəmlidir. Futbolçu oynayıb seçilir, ancaq o perspektivin neçə ildən sonra görünəcəyini təxmin etmək çətindir. Amma potensiallı futbolçularımız var. Hazırda Polşada Mahir Emreli, Türkiyədə Namiq Ələsgərov, Vüsal İsgəndərli, Çexiyada Fərid Nəbiyev oynayır. Deməzdim ki, onlardan dəhşətli uğurlar gözləyirik, ancaq son oyunlar göstərir ki, onların daha yaxşı nəticələrinə ümid edə bilərik. Onlar da digər futbolçularımız üçün cığır açacaqlar”.
Bəs bu gün ölkə xaricində oynayacaq yeni futbolçularımız varmı? V.Heydərli bu barədə nikbindir: “Ən azından gedənlər səviyyəsində, hətta onlardan daha potensiallı futbolçularımız var. Bu vaxta qədər bir neçəsi də gedəcəydi. Sadəcə, pandemiyanın yaratdığı çətinliklər problemlər yaratdı. Bu, klubların da maliyyə imkanlarına təsir etdi ki, xaricdən futbolçu gətirmək marağında olmadılar. Amma potensiallı, perspektivli futbolçularımız var. İnşallah vəziyyət düzəldikcə onlar da o şansı qazanacaqlar”.
Ramiq AĞAMƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır