Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı Azərbaycan futbolu, xüsusilə də gənc futbolçuların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 189 ölkənin təmsil olunduğu, minə yaxın oyunun nəzərdə tutulduğu bu mötəbər tədbir yeniyetmə futbolçuların beynəlxalq təcrübə qazanmasına, fərqli futbol məktəblərinin müqayisəsinə və gələcək istedadların üzə çıxarılmasına geniş imkanlar yaradır.
Bu cür böyük miqyaslı yarışın Azərbaycanda təşkili təbii ki, gənc nəslin bu idman növünə marağının artması baxımından çox əhəmiyyətlidir. Bəs bu cür turnirlər gənc futbolçuların yetişməsinə nə dərəcədə təsir edir və millimizin oyun səviyyəsi hansı təəssüratları yaradır?
QOL.az saytı bu suallara cavab tapmaq üçün futbol mütəxəssisi Arif Əsədovun fikirlərini öyrənib. O, əvvəlcə turnirin təşkilatçılığı ilə bağlı fikirlərini bölüşüb:
“Təbii ki, şərait yüksək səviyyədədir. Çox qısa bir müddətdə - 66 gün ərzində bu cür infrastrukturun yaradılması 10 meydançanın təhvil verilməsi özü ölkəmiz və futbolumuz adına çox müsbət haldır. Yarışların keçirilməsi də çox yüksək səviyyədə gedir. Hər şey nəzarət altındadır. Meydançalar elə qurulub ki, orda olan nümayəndələr istədiyi oyunu izləyə bilir. Çox yaxşı bir infrastruktur yaradılıb.

Arif Əsədov
Bu haqda Azərbaycana gələn bir çox dünyaca tanınmış futbol adamı da danışır. Məsələn, Arsen Venger bizimlə görüşündə bu dünya çempionatının çox yüksək səviyyədə təşkil olunduğunu, oyunların gedişatının onu məmnun etdiyini bildirdi”.
Azərbaycan millisinin demək olar ki, turnirdəki bütün oyunlarını izləyən A.Əsədov komandanın çıxışlarını belə təhlil edib: “Millimizin oyunu ilə bağlı çox yaxşı təəssüratlarım var. Çünki oyundan oyuna komandamızda inkişaf hiss olunur. İlk oyunlarda hardasa həyəcan var idisə, getdikcə öz potensiallarını açmağa çalışırlar. Xüsusilə də Çiliyə məğlub olsaq (1:3) da, oyun baxımından millimiz çox yaxşı idi. Həm fərdi olaraq, həm də komanda şəklində millimiz yaxşı oyun sərgilədi. Oyunları izlədikcə perspektivli futbolçuların olduğunu görürük”.
A.Əsədov bu kimi yarışların gənc futbolçuların inkişafı üçün çox vacib olduğunu qeyd edib: “Onlara bu cür yarışlar lazımdır ki, özlərini göstərə, potensiallarını tam aça bilsinlər. Bu baxımdan hazırkı yarış gənc futbolçular üçün olduqca vacibdir. Bu trunir orda iştirak edən bütün gənc futbolçular üçün böyük fürsətdir. Çünki onların hamısı üçün həyatlarında ilk ən böyük yarışdır. Həm də onlar müxtəlif oyun üslubu olan rəqiblərlə üz-üzə gəlirlər. Belə fərqli rəqiblərin olması gənc futbolçuların inkişafı üçün çox lazımdır.Oyun sayının çox olması da çox müsbət məqamdır. Ancaq bu futbolçular inkişaf etmək üçün gərək belə oyunları daha çox keçirsinlər. Onların indi mümkün qədər çox oyun keçirmələri lazımdır".

A.Əsədov onu da bildirib ki, oyunlara maraq olduqca böyükdür və matça indikindən daha çox tamaşaçının buraxılması yaxşı olardı: “ Bir çox insan bu oyunları izləmək istəyir. Amma FİFA tərəfindən qoyulan bir məhdudiyyət var. Bildiyiniz kimi, tribunların az olmasına görə oyuna baxmaq üçün xüsusi buraxılışlar lazım olur. Azərbaycan xalqı futbolu sevdiyi üçün hamı oyunları izləmək istəyir. Bir az bu məsələni mənfi hal kimi qiymətləndirmək olar. Bu da dediyim kimi, FİFA-nın məhdudiyyəti ilə bağlıdır”.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.

“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video