Xəbər verdiyimiz kimi, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Regional Futbol Federasiyalarının (RFF) rəhbərləri ilə geniştərkibli görüş keçirib. Görüşdə Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, eləcə də quruma üzv olan digər regional federasiyaların nümayəndələri iştirak ediblər.
Toplantı zamanı ölkə futbolunun regionlarda mövcud problemləri və onların aradan qaldırılması yolları müzakirə edilib. Xüsusilə futbol infrastrukturunun təkmilləşdirilməsi, uşaq və yeniyetmə futbolunun sistemli şəkildə inkişafı, eləcə də yerli məşqçi kadrlarının hazırlanması əsas prioritet istiqamətlər kimi önə çəkilib.
Bununla yanaşı, federasiyalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi və regionlara göstərilən dəstəyin genişləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb. Bu istiqamətdə atılacaq məqsədyönlü addımların ölkə futbolunun inkişafına və regionlarda daha geniş yayılmasına töhfə verəcəyi vurğulanıb.
Görüşdə iştirak edənlərdən biri də Bakı Futbol Federasiyasının (BFF) prezidenti Tahir Süleymanov da olub. O, görüş barədə QOL.az saytına geniş açıqlama verib:
“AFFA-nın region federasiyaları rəhbərləri ilə rəsmi görüşünün təşkili təqdirəlayiqdir. Təsəvvür edin, son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı. Baş katib Cahangir Fərəcullayevin timsalında AFFA rəhbərliyi səviyyəsində regionlara olan münasibəti çox müsbət dəyərləndirirəm.
Azərbaycan futbolunun inkişafının əsas istqamətlərindən biri, AFFA Nizamnaməsinə uyğun strukturun, hüquqi bazasının formalaşdırılmasıdır. Keçmişin dağıdıcı mirasından yaxa qurtarılmalıdır. Hüquqi futbol strukturuna, qanunlara söykənərək idarəçilik sistemi yenidən bərpa edilməli, proses inkişafı təmin edəcək işlək mexanizmə çevrilməlidir.
Bu yanaşma illərdi axsayıb, məqsədli şəkildə region federasiyaları kənarda saxlanılıb. “Bölgələrdə futbol inkişaf etməlidir” deyəndə, əsas amillərdən biri, hüquqi statusa malik region federasiyalarının prosesə cəlb edilməsidir. Necə ki, BFF olaraq, biz Futbolun İnkişaf Strategiyasının hazırlanmasında öz təkliflərimizi verdik, əməli iştirakımız oldu. Bunun nəticəsi olaraq regionlarda 8 futbol mərkəzi-akademiyalarının yaradılması layihəmiz dəyərləndirildi və qəbul edildi. Bu iş böyük həcm, maliyyə resursları tələb edir və artıq AFFA nümayəndələri bölgələrdə infrastrukturla bağlı manitorinqlər keçirir, mövcud durum araşdırılır, futbol mərkəzlərinin yaradılması üçün yerlər müəyyən edilir, yerli və dövlət orqanları ilə məsləhətləşmələr aparılır”.

Tahir Süleymanov
Tahir Süleymanov görüşün konstruktiv keçdiyini deyir: “Görüşdə infrastruktur, uşaq-gənclər futbolunda olan problemlər geniş müzakirə olundu. Futbolçuların yetişməsi, müxtəlif yarışların müasir tələblərə uyğun keçirilməsi üçün güclü məşqçi, hakim, idarəçi futbol kadrlarının, sahələr üzrə mütəxəssis potensialının olmasıdır. İnfrastrukturla yanaşı kadrların hazırlığı, innovativ yanaşma, tədris, təbliğat, media və ictimaiyyətlə əlaqələr, inteqrasiya prioritet istiqamət olaraq göstərildi.
Bu yöndə AFFA ilə birgə ilk addımları atırıq. Artıq BFF olaraq federasiyanın müvafiq departament və şöbələri ilə D məşqçi kurslarının ikinci mərhələsini bitirmişik. AFFA Hakimlər Departamenti ilə yeni layihə hazırlanır, görüşlərimiz keçirilir və yaxın zamanda gənc hakimlərin futbola cəlb edilməsi, hazırlığı mərhələsinə start veriləcək. Nəinki keyfiyyət, bu sahədə kütləvi yarışların təşkili üçün hakim sayı çatışmır.
Eyni zamanda "Sabahın ulduzları" layihəsinin yenidən, daha üst səviyyədə təşkili işləri davam edir. İnanıram ki, yaxın illərdə yeni-yeni elvinlər, bəhlullar, mahirlər, musalar, muradlar ölkə futboluna bəxş ediləcək. Azərbaycanda istedadlar yetərincədir, sadəcə onları sistemli şəkildə böyük futbola gətirib çatdırmaq lazımdır. Bu işlərdə peşəkar klubların prosesə cəlb edilməsi böyük əhəmiyyət daşıyır.
Uşaq-gənclər futbolunda məşqçilərin hazırlığı prosesinə ciddi önəm verilməlidir. Bölgələrdə bu sarıdan böyük çatışmazlıqlar var, uşaq məşqçiləri olmaq istəyənlərin tədrisinə xüsusi diqqət ayrılmalıdır. Məşqçi və hakimlərin hazırlığı yönündə sahələr üzrə təlimatçı qıtlığı yaşanır. İllər boşa verilib! Bunları aradan qaldırmaq üçün çox ciddi təşkilatı, strateji addımlar atılmalı, yeni layihələr hazırlanaraq həyata keçirilməlidir. Təbii, bu işlərin görülməsi üçün maddi-texniki bazanın yaradılması mütləqdir!
De-yure hüquqi səlahiyyətlərə sahib region federasiyaları, bu illərə kimi de-fakto və bilərəkdən kənarda saxlanılmışdı. Hər bölgəyə aid Premyer Liqa, l, ll, region liqaları klubları var, onların region federasiyaları ilə əlaqələri hüquqi aspektdə möhkəmləndirilməli, sıx əməkdaşlıq telləri yaradılmalıdır. Necə ki, FİFA, UEFA-nın klublarla əlaqələri AFFA vasitəsi ilə tənzimlənir. Bu da vahid futbol idarəçiliyi sistemini, işlək mexanizmi təmin edir.
AFFA - federasiyaları özündə birləşdirən assosiasiyadır. İllər sonra AFFA tərəfindən qanuna söykənən təşəbbüs göstərilib. Region rəhbərləri də bu missiyanın vacibliyinin fərqinə varmalı, assosiasiyanın yeni rəhbərliyinin Nizamnamə tələblərinə uyğun çağırışına səs verməli, işlərə məsuliyyətlə yanaşmalı, təşəbbüskarlıq göstərilməli, Azərbaycan futbolunun gələcəyi naminə qarşılıqlı işbirliyi yaradılmalıdır”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi