“Liverpul” İstanbul səfərinə itki ilə yollanır

“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
DÜNYA FUTBOLU 3 Noyabr 2026 / 21:17 389
-  A +

“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx Çempionlar Liqasının Liqa mərhələsində “Fənərbaxça” ilə oyunu buraxacaq.

QOL.az xəbər verir ki, klubun məlumatına görə, 24 yaşlı niderlandlı futbolçu dabanından zədələndiyi üçün İstanbul səfərinə aparılan heyətə daxil edilməyib. O, müalicəsini davam etdirmək üçün klubun məşq bazasında qalacaq.

Qeyd edək ki, Ceremi Frimponq, Konor Bredli və Covanni Leoni də zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, “Fənərbaxça” - “Liverpul” görüşü noyabrın 4-də keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner