"Şəfa" etiraz etsə də, komitə sədri "qərar doğrudur" dedi - Video

"Şəfa" etiraz etsə də, komitə sədri "qərar doğrudur" dedi - Video
VİDEO 4 Noyabr 2026 / 14:33 290
-  A +

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 10-cu turunda keçirilən “Sumqayıt” – “Şəfa” matçındakı (1:1) mübahisəli epizodu dəyərləndirib.

QOL.az xəbər verir ki, söhbət “Sumqayıt”ın mərkəz müdafiəçisi İsa Sulimanın top qapıçı Marko Yohansonda olarkən ona əli ilə toxunduğu epizoddan gedir.

Matçın baş hakimi Nicat İsmayıllı həmin epizodda qayda pozuntusu qeydə almayıb. “Şəfa” futbolçuları buna etiraz etsələr də, hakimin qərarı dəyişməyib.

R.Həsənov isə əllə təmasın təsadüfi olduğunu bildirib və baş hakimin doğru qərar verdiyini qeyd edib.

Qeyd edək ki, "Şəfa"nın vitse-prezidenti Əfran İsmayılov həmin epizodadək İsa Sulimanın sarı vərəqəsi olduğunu deyib. O bildirib ki, bu epizoda görə isə Suliman ikinci sarı vərəqə alaraq meydandan qovulmalı idi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner