Skott Parker bu klubun baş məşqçisi oldu

Skott Parker bu klubun baş məşqçisi oldu
DÜNYA FUTBOLU 4 Noyabr 2026 / 14:19 353
-  A +

İngiltərənin “Vest Hem” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Skott Parkerlə  2.5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, ingiltərəli mütəxəssis daha əvvəl “Fulhem”, “Bornmut” və “Börnli” klublarının baş məşqçisi olub. O, hər üç komandanı Çempionşipdən İngiltərə Premyer Liqasına yüksəldib. 46 yaşlı mütəxəssis 2024/2025 mövsümündə “Börnli”dəki uğurlu çıxışına görə Çempionşipin ən yaxşı baş məşqçisi seçilib. Parker bu vəzifədə  Nunu Eşpiritu Santunu əvəzləyib.

“Vest Hem” hazırda Çempionşipdə 13 oyundan sonra 22 xalla 8-ci pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner