Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi

Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
DÜNYA FUTBOLU 4 Noyabr 2026 / 21:01 358
-  A +

İngiltərə Premyer Liqasında 9-cu turun ən yaxşı futbolçusunun adı açıqlanıb. 

QOL.az xəbər verir ki, bu ada “Çelsi”nin yarımmüdafiəçisi Romeo Laviya layiq görülüb. Diqqətçəkən məqam odur ki, geridə qalan 9 turda “Çelsi”nin artıq 4 futbolçusu bu mükafata sahib çıxıb.

Qeyd edək ki, ötən tur “Çelsi” “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gəlib. Laviya həmin görüşdə ilk qolun müəllifi Morqan Rocersə məhsuldar ötürmə verib.

Xatırladaq ki, bu qələbədən sonra London təmsilçisi xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlinin 4-cü pilləsində mövqeyini möhkəmləndirib. Komanda 3-cü yerdən 3, liderdən isə 8 xal geri qalır.


Qarabağ FK
Son xəbərlər
topaz banner