“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı

“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
DÜNYA FUTBOLU 4 Noyabr 2026 / 08:55 771
-  A +

“Fənərbaxça” yeni baş məşqçisini açıqlayıb.

QOL.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Emre Belözoğlu çalışdıracaq.

47 yaşlı mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.

Emre Belözoğlu son olaraq “Kasımpaşa”nın baş məşqçis olub. O, “Fənərbaxça”da İsmail Kartalı əvəzləyib.

İstanbul təmsilçisi hazırda Superliqada 16 xalla 5-ci sıradadır.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Fənərbaxça"nın kapitanı olan Emre 2008-2012 və 2019-2020 mövsümündə bu klubda çıxış edib. O, 2020-2021 mövsümündə "Fənərbaxça"nın idman direktoru vəzifəsində də çalışıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner