“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?

“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
DÜNYA FUTBOLU 4 Noyabr 2026 / 22:17 343
-  A +

Fransa polisi “Qızıl top”un nəticələri ilə bağlı şübhəli mərc fəaliyyətini araşdırır. "Polymarket" platformasında 12 hesab kişi futbolçular arasında səsvermənin ilk beşliyini dəqiq proqnozlaşdırıb.

QOL.az xəbər verir ki, “The Athletic”in yaydığı məlumata görə, həmin hesablardan ümumilikdə 250 min avro mərc edilib, qazanc isə təxminən 200 min avro olub.

Hüquq-mühafizə orqanları bu fəaliyyətin məxfi məlumatlardan istifadə ehtimalı ilə bağlı şübhələr yaratdığını bildirib.

“France Football” mükafatın nəticələri açıqlanmamışdan əvvəl şübhəli mərc fəaliyyəti barədə məlumatlandırılıb. Təşkilatçı qurum məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşdığını açıqlayıb.

Qeyd edək ki, səsvermədə Harri Keyn birinci olub. İlk beşlikdə həmçinin Kilian Mbappe, Lamin Yamal, Rodri və Lionel Messi yer alıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner