Amorim narazıdır

Amorim narazıdır
DÜNYA FUTBOLU 5 Noyabr 2026 / 00:55 343
-  A +

"Milan”ın baş məşqçisi Ruben Amorim komandasının hazırkı durumu və nəticələri haqda danışıb. 

QOL.az ESPN-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Avropa Liqasının 4-cü turunda “Ferentsvaroş”la oyun öncəsi mətbuat konfransında "Milan"ın həm Avropa Liqasında, həm də İtaliya A Seriyasında çıxışından razı qalmadığını deyib.

“Son oyunda qalib gəlsək də, A Seriyasında daha çox xal toplamalı idik. Nə Avropa Liqasında, nə də A Seriyasındakı çıxışımızdan məmnun deyiləm. Daha yaxşı oynaya bilərik. Avropa Liqasında müəyyən çətinliklərimiz var, amma sabah qələbə qazanaraq vəziyyəti dəyişə biləcəyimizə inanıram”, – deyə Amorim bildirib.

Qeyd edək ki, “Milan” Avropa Liqasında 3 turdan sonra 3 xalla 24-cü yerdədir. “Ferentsvaroş” isə 9 xalla turnir cədvəlinə maksimum nəticə ilə başlayıb. Komandalar noyabrın 5-də “San-Siro”da qarşılaşacaqlar.


Qarabağ FK
Son xəbərlər
topaz banner