Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video

Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
VİDEO 4 Noyabr 2026 / 11:43 611
-  A +

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən “Vilyarreal” – PSJ matçından əvvəl turnirin ənənəvi himni səsləndirilməyib.

QOL.az xəbər verir ki, buna səbəb İspaniyanın “Tenerife” klubunun faciəvi şəkildə vəfat edən hücumçusu Xesus de Migelin xatirəsinin yad edilməsi olub. Futbolçu İspaniya Sequndasında keçirilən oyun zamanı ürəyinin dayanması nəticəsində həyatını itirib.

UEFA onun xatirəsini yad etmək məqsədilə bu həftə keçirilən bütün avrokubok matçlarından əvvəl bir dəqiqəlik sükut elan edilməsi barədə qərar qəbul edib. Noyabrın 3-də keçirilən “Vilyarreal” – PSJ görüşündən əvvəl də mərhum futbolçunun xatirəsi anılıb.

Qeyd edək ki, qarşılaşma Paris təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner