“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vikinq”ə qarşı keçirəcəkləri oyun haqda danışıb.
QOL.az xəbər verir ki, litvalı mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında süni örtüklü meydanda oynamağın çətinlikləri, komandasının hazırlığı və rəqib barədə fikirlərini bölüşüb.
“Bu mövsüm Çempionlar Liqasında süni örtüklü meydanda üçüncü oyunumuzu keçirəcəyik. Bundan əvvəl Uelsdə və Finlandiyada oynamışıq və hər iki matçda qalib gəlmişik. Burada da eyni nəticəni əldə etməyə çalışacağıq.
Təbii ki, “Vikinq”in bizdən əvvəl keçirdiyi oyunları yaxşı təhlil etmişik. Onların hər matçını izləmişik. “Bavariya”nın da burada çətinlik çəkdiyini gördük. UEFA və FİFA belə meydanlarda oynamağa icazə verirsə, biz də bu qaydalara əməl edirik. Düşünürəm ki, meydanın örtüyü qalibin müəyyənləşməsində əsas amil olmayacaq. Taktika, texnika, psixoloji hazırlıq və atmosfer daha vacib rol oynayacaq".
O, komandaasının durumu barədə bunları deyib: "Zədələrə gəlincə, belə oyunlarda bu cür hallar həmişə olur. Qarşıdakı 28 gün ərzində 8 matç keçirəcəyik. Bu, asan deyil. Amma hər bir futbolçu mənim komandamın üzvlərinin yerində olmaq, Çempionlar Liqasında çıxış etmək istərdi. Bəzi məşqçilər də bizim yerimizdə olmağı arzulayardılar. Norveçə 23 hazır futbolçu gətirmişik. Lakin onlardan bəziləri ilə bağlı qərarımı axşam məşqindən sonra verəcəyəm. Bir neçə gün əvvəl qatarla 6 saat yol getdik və çətin oyun keçirdik. Daha sonra evə qayıtmaq üçün yenidən 6 saat vaxt sərf etdik. Dünən isə 5 saatlıq uçuşla Norveçə gəldik. Bütün bunlardan sonra bərpa olunmaq çətindir. Futbolçuların məşqə və oyuna tam hazır vəziyyətə gəlməsinə diqqət yetirməliyik. Rəqibi təhlil etmişik və Norveç çempionatında da rəqabətin yüksək olduğunu görürük”.
Qeyd edək ki, “Vikinq” – “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Çempionlar Liqasında 4-cü tur başlayır
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər