Mbappeyə qarşı epizodda hakim səhv qərar verib

Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
DÜNYA FUTBOLU 4 Noyabr 2026 / 18:50 404
-  A +

İspaniya Hakimlər Komitəsi La Liqanın 11-ci turunda “Rasinq”lə oyunda  “Real”ın xeyrinə təyin olunan penaltinin səhv qərar olduğunu açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə komitənin bəyanatında bildirilib:

“Bu, hakimin aşkar və kobud səhvi idi. VAR müdaxilə etməliydi”.

Hakimlər komitəsinin qənaətinə görə, “Rasinq”in futbolçusu Mateo Prati Kilian Mbappenin qarşısında əlini irəli uzatsa da, hücumçuya qarşı fiziki təmas və güc tətbiq etməyib. Buna görə də penalti təyin etmək üçün əsas olmayıb.

Qeyd edək ki, noyabrın 1-də keçirilən görüşdə Madrid klubu 3:0 hesablı qələbə qazanıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner