Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi

Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
DÜNYA FUTBOLU 3 Noyabr 2026 / 19:22 260
-  A +

Asiya Futbol Konfederasiyası (AFC) 2027-ci ilin əvvəlində Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Asiya Kubokunun təxirə salındığını təsdiqləyib.

QOL.az xəbər verir ki, turnirin təxirə salınmasına Yaxın Şərqdəki siyasi vəziyyətin səbəb olduğu bildirilir.

İlkin plana əsasən, yarış 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməli idi. Yeni təqvimə əsasən isə turnirin 2027-ci il dekabrın 23-dən 2028-ci il yanvarın 21-dək təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Asiya Kubokunun son qalibi Qətər millisidir.


Qarabağ FK
Son xəbərlər
topaz banner