“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında

“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
DÜNYA FUTBOLU 4 Noyabr 2026 / 21:44 408
-  A +

“Liverpul”un sabiq baş məşqçisi Rafael Benites İngiltərə Premyer Liqasında yenidən çalışmaq istədiyini bildirib.

QOL.az xəbər verir ki, "TalkSPORT" nəşrinin məlumatına görə, hazırda UEFA-nın Texniki Müşahidə Qrupunda çalışan 65 yaşlı mütəxəssis Premyer Liqa oyunlarını mütəmadi izlədiyini və yeni futbolçuları yaxından tanımağa çalışdığını deyib:

"Premyer Liqanı gərgin atmosferinə görə sevirəm. Hər oyun, hər top uğrunda mübarizə əsl sınaqdır. Bu, möhtəşəmdir. Sadəcə, uyğun layihə tapmaq lazımdır. Müasir futbolda belə layihələrdən danışmaq isə kifayət qədər çətindir".

Qeyd edək ki, ispaniyalı mütəxəssis daha əvvəl “Liverpul”la yanaşı, “Çelsi”, “Nyukasl” və “Everton”u da çalışdırıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner