“Çelsi”nin və Seneqal millisinin sabiq hücumçusu Demba Ba Fransanın “Havr” klubunun idman direktoru vəzifəsindən ayrılıb.
QOL.az xəbər verir ki, "L’Equipe" nəşrinin məlumatına görə, seneqallı keçmiş futbolçu klubdakı qeyri-sabit vəziyyətə görə belə qərar verib. O, cari ilin iyunundan bu vəzifədə çalışırdı.
Qeyd edək ki, “Havr” daha əvvəl baş məşqçi Didye Diqarla yollarını ayırıb. Buna etiraz olaraq klub prezidenti Jan-Mişel Russye də vəzifəsini tərk edib. Klubun sahibi “Blue Crow” investisiya qrupu hazırda rəhbərlikdə dəyişikliklərə hazırlaşır.
Xatırladaq ki, Fransa Liqa 1-də 2 xalı olan “Havr” turnir cədvəlinin sonuncu pilləsində yer alır.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu