"Qarabağ”ın futbolçusu Ukraynanın əsas millisinə çağırıldı - İlk dəfə...

"Qarabağ”ın futbolçusu Ukraynanın əsas millisinə çağırıldı - İlk dəfə...
XƏBƏR 4 Noyabr 2026 / 12:02 808
-  A +

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinə dəvət alıb.

QOL.az xəbər verir ki, Ukrayna millisinin baş məşqçisi Andrea Maldera UEFA Millətlər Liqasının noyabrda keçiriləcək oyunları üçün heyəti açıqlayıb. 25 futbolçudan ibarət siyahıda Ağdam klubunun vingeri Aleksey Kaşuk da yer alıb. 

26 yaşlı Kaşuk ilk dəfədir ölkəsinin əsas milli komandasına çağırılır.

Ukrayna millisi noyabrda Millətlər Liqasının əsas mərhələsində son iki oyununu Şimali İrlandiya və Gürcüstana qarşı keçirəcək.

Kaşuk bu mövsüm "Qarabağ"la bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 5 qol vurub və 1 qolun ötürməsini edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner