"Sabah" "Vikinq"ə uduzdu

"Sabah" "Vikinq"ə uduzdu
ÇEMPİONLAR LİQASI 5 Noyabr 2026 / 01:54 4687
-  A +

Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə "Vikinq"lə qarşılaşıb. "Viking Stadium"da keçirilən görüş  . Norveç təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. 

Hazırda turnir cədvəlində "Sabah" 3 xalla 31-ci, "Vikinq" isə 4 xalla 22-cidür. 

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur

00:00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan) - 4:1 

Qollar: Orfi Mbina, 11 (0:1), Erik Botheym, 27 (1:1), Zlatko Tripiç, 69 (2:1), Henrik Falkener, 81 (3:1), Erik Botheym, 90+4 (4:1)

Qırmızı vərəqə: Eyden Makkarti, 78 ("Sabah")

Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stef:1an de Qrot, Coui Koy (hamısı Niderland)

VAR: Jeroen Maşkot (Niderland)

AVAR: Jerom Brisard (Fransa)

"Viking Stadium".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner