“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Vikinq”ə qarşı səfərdə uduzduqları oyunu (1:4) şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- “Turan Tovuz”a 2:3 hesablı məğlubiyyətdən sonra həmin oyunda taktiki səhvlərə yol verdiyinizi demişdiniz. Bəs bugünkü matçda necə, taktiki səhvlər var idi?
- Düşünmürəm ki, bugünkü oyunda da eyni səhvlərə yol verdik. Bu, artıq Çempionlar Liqasıdır və tamamilə fərqli səviyyədir. Norveçə mümkün qədər yaxşı hazırlaşaraq gəlmişdik. İlk hissədə bərabər mübarizə getdi. Hər iki komandanın bir şansı oldu və hər ikisi bundan yararlandı. İkinci hissə daha açıq keçdi, biz daha çox top itirməyə başladıq, rəqib isə daha tez-tez təkbətək mübarizələrə girdi. Belə vəziyyətlərdə sürətli oynamaq, topu tez ötürmək və daha çevik hərəkət etmək lazımdır. Hesab edirəm ki, bəzi epizodlarda bunu bacarmadıq.
Həm biz, həm də rəqib hücumlar edirdi. Təəssüf ki, belə hücumlardan birinin ardından qapımıza penalti təyin olundu. Bundan sonra da oyun bərabər mübarizə şəraitində davam edirdi. Təəssüf ki, qırmızı vərəqə və bundan dərhal sonra buraxdığımız qol oyuna təsir etdi. İstəyimizi göstərməkdə davam edirdik, hətta daha bir qol vura bilərdik, amma qapıçı seyvlə yadda qaldı. Oyunun sonundakı səhv isə futbolda baş verə bilər. Dördüncü qolu buraxdıq. Çempionlar Liqası hər halda tamamilə fərqli səviyyədir. Burada kiçik səhvə görə belə səni cəzalandırırlar. “Turan Tovuz”la oyunda 0:2 hesabı ilə geridə olsaq da, geri dönüş etməyə çalışırdıq. Burada isə qırmızı vərəqəyədək bərabər oyun gedirdi.
- Ötən oyunda Eyden Makkarti qol vurmuşdu, bu dəfə isə qırmızı vərəqə aldı. Ola bilərmi ki, həddindən artıq təzyiq onun oyununa təsir göstərib?
- Düşünmürəm ki, futbolda qırmızı vərəqə alan sonuncu futbolçu Makkarti olacaq. Təəssüf ki, “Barselona” ilə oyunda onun xidmətindən yararlana bilməyəcəyik. Amma ümumilikdə belə hallar hər bir futbolçunun başına gələ bilər. Bunun onun ötən turda qol vurması və bu oyuna böyük ambisiyalarla çıxması ilə əlaqəli olduğunu düşünmürəm.
- Qırmızı vərəqə epizodunda “Vikinq”in futbolçusu meydanda uzanarkən top qəsdən meydandan kənara vuruldu, lakin daha sonra komandanız topu rəqibə qaytarmadı.
Biz bunu qətiyyən etmək istəmirdik. Həmin vaxt oyunda uzun fasilə yarandı və ola bilsin ki, futbolçular topun meydandan necə çıxdığını sadəcə unutdular. Rəqibdən üzr istədik. Düşünürəm ki, bu, futbolda baş verən adi hadisədir və müzakirə etməyə dəyməz. Çünki bu, qəsdən edilməmişdi.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi