Medianın İnkişafı Agentliyinin layihəsi
2025-ci il başa çatmaq üzrədir. Bu ili Azərbaycanın qadın şahmatçıları üçün uğurlu hesab etmək olar. Belə ki, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva yığmamız noyabr ayında İspaniyada keçirilən qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatını 2-ci pillədə başa vurdu. Millimiz yalnız finalda FİDE komandasına uduzub - 3:1;2,5:1,5
Bugünkü həmsöhbətimiz də Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Xanım Balacayevadır.
- Əvvəlcə sizi son dünya çempionatında 2-ci olmağınız münasibəti ilə təbrik edirəm. Turnir barədə fikirlərinizi bilmək istərdim...
- Təbrikiniz üçün təşəkkür edirəm. Dünya çempionatı ilk dəfə bu formatda keçirilirdi. Oyunlar azaldılmış vaxt nəzarəti ilə 45 dəqiqə və hər gedişə 30 saniyə əlavə olmaqla oynanılırdı. Gün ərzində 2 oyun olurdu. Bu format həm çox maraqlı idi, həm də oyunçulardan yüksək konsentrasiya və dözümlülük tələb edirdi. Çünki hər gün 2 oyuna hazırlaşmaq və oyunlar arasındakı fasilənin az olması istirahəti minimuma endirirdi. Turnirdə dünyanın ən güclü şahmat ölkələri və aparıcı oyunçuları iştirak edirdilər. Buna görə də yarış həm çox maraqlı, həm də kifayət qədər gərgin keçdi.
- Hansı görüş sizin üçün daha çətin və yaddaqalan oldu?
- Demək olar ki, bütün oyunlarımız çox gərgin mübarizə şəraitində keçirdi. Çünki turnirdə yalnız seçilmiş komandalar iştirak edirdi. Hər bir komanda ən güclü heyəti ilə çıxış edirdi. Bununla belə, Qazaxıstanla olan qarşılaşmanı xüsusilə qeyd edə bilərəm. Yarımfinal oyunu idi və qalib komanda birbaşa finala vəsiqə qazandığı üçün bütün şahmatçılar maksimum güclə mübarizə aparırdılar. Buna görə də 2 matçdan ibarət qarşılaşmadakı 8 oyunun hamısı heç-heçə ilə başa çatdı. Qalibi müəyyənləşdirmək üçün tay-brek (blitz) oyunları keçirildi. Təsəvvür edin ki, səhər saatlarından hazırlıq gedir, gün ərzində 2 matç oynanılır və axşam saat 21:30-da hələ də mübarizə davam edir, final üçün tay-brek oyunları oynanılır. Qazaxıstanla qarşılaşma komandamızın son illər ərzində keçirdiyi ən gərgin matçlardan biri idi.

- İstərdim ki, oxucularımız sizi daha yaxından tanısınlar. Şahmata necə başlamısınız? Şahmat hazırlıqlarınızı necə qurmusunuz?
- Şahmata gəlişim valideynlərimin sayəsində olub. Hər iki valideynim şahmat müəllimidir və bu mühitdə böyümüşəm. 5 yaşım olanda şahmatla tanış olmuşam. Valideynlərimin böyük dəstəyi sayəsində bu gün olduğum səviyyəyə qədər irəliləmişəm.
- Şahmat hazırlığınızda fiziki və psixoloji hazırlıq hansı yeri tutur?
- Həm fiziki, həm də psixoloji hazırlıq ümumi şahmat hazırlığı qədər önəmli yer tutur. Fiziki hazırlıq oyunlarda konsentrasiyanı saxlamağa və yorğunluğu azaltmağa kömək edir. Psixoloji hazırlıq isə gərgin vəziyyətlərdə sakitliyi qorumağa, düzgün qərarlar verməyə və ən əsası, stressi idarə etməyə kömək edir. Bəzən məğlubiyyətlərdən sonra tez toparlanmaq üçün psixoloji hazırlıq xüsusilə önəmlidir.
- Həm idmanda uğur qazanmaq, həm də təhsili axsatmamaq çətindir?
- Əlbəttə, hər iki sahədə uğur qazanmaq çətin ola bilər. Çünki həm idman, həm də təhsil çox böyük vaxt və enerji tələb edir. Amma düşünürəm ki, düzgün planlama, intizam və motivasiya ilə hər ikisinə diqqət ayırmaq mümkündür.
- Sizin üçün hansı daha asandır - müdafiə olunmaq, yoxsa hücum şahmatı oynamaq?
- Məncə, bir çox şahmatçı bu suala hücumla cavab verər. Mən də daha çox hücumla oynamağı sevirəm. Amma obyektiv yanaşsaq, bu, mövqeyə görə dəyişir. Çünki bəzən elə hücum olur ki, sonu görünmür və müdafiə ilə oynamaq daha düzgün qərar olur.
- Qarşıdakı hədəfləriniz nədir?
- Qarşımızda 2026-cı il - Olimpiada ili gəlir. Mənim və komandamın əsas məqsədi bu yarışa mümkün qədər yaxşı hazır olmaq, ən yaxşı oyunlarımızı göstərməkdir. Qadın komandası olaraq Avropa və dünya çempionatlarından artıq medalımız var. Çox çalışacağıq ki, Olimpiadadan da medalla qayıdaq.
- Elə bir şahmatçı varmı ki, məhz onunla qarşılaşmaq istəyirsiniz?
- Xüsusi olaraq qarşılaşmaq istədiyim şahmatçı yoxdur, amma TOP-luqdakı kişi şahmatçılarla qarşılaşmaq daha da maraqlı ola bilər deyə düşünürəm.
- Millimizin üzvü, bir qrossmeyster kimi gənc və yeniyetmə şahmatçılara hansı tövsiyələr verərsiniz?
- Gənc və yeniyetmə şahmatçılara deyərdim ki, səbrli olsunlar və davamlı şahmatla məşğul olsunlar. Şahmatda uğur bəzən qısa zamanda gəlmir. Buna görə də hər gün çalışmaq və məşqləri düzgün yönləndirmək çox önəmlidir. Səhv etməkdən çəkinməsinlər və daim öz üzərlərində işləsinlər. Ən əsası isə, şahmatdan zövq almağı unutmasınlar, çünki sevgi və maraq olmadan uzun müddət motivasiyanı saxlamaq çətindir.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər