Medianın İnkişafı Agentliyinin layihəsi
Kəlbəcər deyəndə insanın fikrində ilk olaraq ecazkar təbiət canlanır. Zəngin flora və faunası, təbii sərvətləri ilə seçilən Azərbaycanın bu diyarında böyük futbol ənənəsi isə əvvəlki illərdə olmayıb. Ərazisinə görə ölkəmizin ən böyük rayonu olan Kəlbəcərin 27 il erməni işğalı altında olması da bu məsələyə təsirsiz ötüşməyib.
Bu ilin aprel ayında Kəlbəcəri təmsil edən bir futbol klubu yaradılıb. Adı isə “Murov Kəlbəcər”dir. Bu mövsümdən Region Liqasında yarışan komanda artıq iki oyun keçirib. İlk görüşdə “Bakı TFK” ilə qarşılaşan Kəlbəcər təmsilçisi 9:1 hesabı ilə qalib gəlib, ikinci görüşdə isə “Beyləqan”la heç-heçə edib – 1:1.
Klubun təsisçisi İlqar Məmmədovdur. O, Buzovna qəsəbəsindəki 125 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır. Onunla yeni yaranan klub və qarşıdakı hədəfləri ilə bağlı danışdıq:
“Ümumiyyətlə, Kəlbəcərdə böyük futbol olmayıb. Yəni AFFA-nın bayrağı altında iştirak edən ilk komandayıq. Bir neçə il əvvəl Gəncədə yaradılan klub isə uşaq futboluna xidmət edirdi.
Ətrafımda 3-4 nəfər keçmiş futbolçular var idi. Belə bir qərara gəldik ki, Kəlbəcərin yeni futbol komandasını yaradaq. Şükürlər olsun ki, məqsədimizə çatdıq. AFFA bizə Region Liqasında iştirak etmək üçün icarə verdi. Nəticə, oyun baxımından hələ ki, komandanın durumu yaxşıdır. Baş məşqçimiz Orxan Babayevdir. Vaxtilə “Neftçi”, “Kəpəz”, MOİK-də oynayıb. C kateqoriyalı məşqçidir. Mövsümə 3 xalla başladıq. Özü də 9 qolla qalib gəldik. Bizim də məqsədimiz yaxşı start götürmək idi”.

İlqar Məmmədov
İ.Məmmədov klubun ad seçimi ilə bağlı da danışıb. O, burada həssas bir məqam olduğunu qeyd edib: “Bildiyiniz kimi, Murovdağ Azərbaycanın Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Ağdərə rayonlarını əhatə edir. Komandamızın adının əvvəlində Murov sözünün olması heç də təsadüfi deyil. 2-ci Qarabağ müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli döyüşlərdən biri Murovdağ döyüşləri olub. Bu döyüşlər nəticəsində Azərbaycan Ordusunun 200-dən çox hərbi qulluqçusu şəhid olub. Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün komandamızın adını "Murov Kəlbəcər" qoyduq.
Həmsöhbətimiz komandanın maddi dəstəyə ehtiyacı olduğunu da əlavə edib: “Maliyyə baxımından bir az çətinliklərimiz var. Komandanı öz gücümüzə saxlayırıq. Formaları, topları, müəyyən invertarları özümüz almışıq. Hələ ki, maddi dəstək göstərmək istəyən yoxdur. Ola bilər ki, o qədər də tanımırlar. Çünki cəmi 6 aydır fəaliyyət göstəririk. İcra başçısına, millət vəkilinə yazmışıq, cavab gəlməyib”.
Stadionla bağlı çətinlik yaşadıqlarını deyən İlqar Məmmədov gələcəkdə akademiya kimi də fəaliyyət göstərmək məqsədlərinin olduğunu da bildirib: “Komanda ev oyunlarını Şirvan Olimpiya Kompleksində keçirir. Amma məşqlərimiz Bakıda olur. Bakıda stadion tapmaq çətindir. Bəzi stadionlar təmirdədir. Ona görə də digər komandalar kimi regionlara üz tutduq.
Gələcək planlarımız odur ki, akademiya kimi də fəaliyyət göstərək, uşaq futboluna diqqət ayıraq. 2-ci, daha sonra 1-ci liqaya yüksəlmək istəyirik. Yəni mərhələli şəkildə irəliləməyi hədəfləyirik. Düzdür, əvvəlcə aşağıdan başlamaq lazımdır, amma biz birbaşa böyüklərdən ibarət komanda yaratdıq. Biz belə etdik ki, əvvəlcə bu komandanı tanısınlar. Sonra isə AFFA-nın aşağı yaş qrupu üzrə liqalarında iştirak etmək istəyirik”.

“Murov Kəlbəcər”də üç əcnəbi oyunçu da var: “Liberiya, Sudan və Belarusdan olan oyunçularımız var. Onlar Azərbaycanda tələbədir. Region Liqasının əsasnaməsində yazılıb ki, əcnəbi futbolçular çempionatda oynaya bilmək üçün ya 4 il Azərbaycanda yaşamalıdır, ya da tələbə olmalıdır. Bunlar hər üçü tələbədir. Bu yay Azərbaycanda keçirilən minifutbol üzrə dünya çempionatından sonra bir neçə əcnəbi futbolçu Bakıda qalıb işlədi. Biz Qana millisinin 5-6 futbolçusunu komandaya cəlb etdik, amma müqavilə bağlaya bilmədik. Çünki Azərbaycana yeni gəlmişdilər və tələbə deyildilər. Amma heyətimiz pis deyil. Vaxtilə 1-ci və 2-ci liqada oynayan futbolçuları komandamıza cəlb etmişik”.
İ.Məmmədov qeyd edib ki, 2-ci liqaya vəsiqə qazansalar, ev oyunlarını Xankəndi şəhər stadionunda keçirmək istəyirlər: “Fikrimiz var ki, bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət edək. Çünki Kəlbəcərdə stadionun hazır olması yaxın 1-2 ilin işi deyil. Xankəndidəki stadion isə çox ideal formadadır. III MDB oyunları da orada keçirildi. “Xankəndi” klubu da ev oyunlarını orada keçirəcək. Biz də Qarabağı təmsil edirik. Məqsədimiz ev oyunlarımızı Xankəndidə keçirməkdir. Amma təbii ki, Kəlbəcərdə oynamağı daha çox istəyirik. Orada futbolun olması hamımızı sevindirər”.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Sabahkı oyunda futbolçularıma inanıram" - Qurban Qurbanov
"Aston Villa" sabiq hücumçusunu transfer etdi
Baş məşqçi gənc hakimdən üzr istədi
Futbolçu jurnalisti məhkəməyə verdi
Əfsanəvi futbolçunun oğlu "Latsio"da - Rəsmi
Azarkeşləri daşıyan mikroavtobus qəzaya uğradı
Arne Slotdan “Qarabağ” haqda yüksək sözlər
"Çelsi" futbolçusu ilə yollarını ayırır
“Qarabağ”ın nə qədər güclü olduğunu bilirəm” - Frimponq
Rusiyalı futbolçu Türkiyə klubuna keçdi
Qvardiola Haalandın zəifləməsindən danışdı
Kurban Berdiyevdən başsağlığı
Marko Yankoviç mükafatlandırıldı - Şəkil
Klubda qalmaq üçün maaşının artırılmasını tələb etdi
"Turan Tovuz" onunla müqaviləyə xitam verdi
Bu mövsüm meydana çıxmayan futbolçu "Bayer"ə keçdi
"Mançester Yunayted"in aparıcı üzvü 10 həftə oynamayacaq
Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatdı
"Neftçi" Rzanın müqaviləsini uzadıb icarəyə göndərdi
Argentina millisinin üzvü “Valensiya”da
Azərbaycan idmanına ağır itki üz verib
“Qarabağ”ın Premyer Liqadakı oyunları "Tofiq Bəhramov"da
"Barselona"da yeni müqavilə
Dörd ölkə klubunun maraq dairəsində olan "Qarabağ”lı
"Liverpul" sərt tənqidin hədəfində
“Bavariya”nın sabiq futbolçusu idman direktoru oldu
Elçin Məsiyev Avropa Liqasının daha bir oyununda
“Neftçi” avrokuboklardan əlini üzməyib” - Elvin Bədəlov
"Real" Marselonun oğlu ilə ilk peşəkar müqaviləsini imzaladı
“Qəbələ” karyerası cəmi 3 ay çəkdi
Vinisius "Real"a şərt kəsdi