“Turan” voleybol klubunun prezidenti ÇL-dəki ilk qələbə haqda nə dedi?

“Turan” voleybol klubunun prezidenti ÇL-dəki ilk qələbə haqda nə dedi?
VOLEYBOL 21 Oktyabr 2026 / 09:00 258
-  A +

Qadınlardan ibarət “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov CEV Çempionlar Liqasının ilk matçında Tovuzda Xorvatiyanın “Mladost” klubunu məğlub etdikləri (3:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Oyunla bağlı təəssüratlarınız necədir?

- Tovuz tarixinə düşəcək bir gün idi. Həqiqətən də sevincimizin həddi-hüdudu yoxdur. Böyük həyəcan, böyük izdiham var idi. Bütün azarkeşlərə təşəkkür edirəm. Bizi tək buraxmadılar. İnşallah, bu qələbənin ardı gəlsin. 

- Bu matçdakı mübarizə əzmini cavab oyununda da görə biləcəyik?

- Təbii ki. Komandamızın özəlliyi odur ki, uduzsaq belə, heç vaxt mübarizəsiz təslim olmarıq. 

- Azarkeşlər haqqında nə deyə bilərsiniz?

- Zalda möhtəşəm ab-hava var idi. Azarkeşlərin hamısına təşəkkür edirəm, var olsunlar. Yer olmadığı üçün xeyli azarkeş həyətdə monitordan oyunu izləyirdi. Möhtəşəm idilər. Demək olar ki, qələbənin yarısını azarkeşlər qazandı, yarısını biz. 

- Üçüncü setdə komanda 3 top fərqi ilə geri düşmüşdü. Həmin anda hansı hisslər keçirirdiniz?

- Əvvəl bir qədər həyəcanlı idim. Lakin keçən ildən təcrübəmiz var deyə bilirdim ki, sonda sevinəcəyik.

- Matçın asan keçəcəyini gözləyirdiniz?

- 3:0-lıq qələbə qazansaq da, bu, bizi aldatmamalıdır. Oyun heç də asan keçmədi. Çünki bizə qədər rəqib cari mövsüm 4 rəsmi oyun keçirmişdi. Bizim isə ilk matçımız idi. Üstəlik, öz azarkeşlərimiz önündə oynayırdıq. Fanatlar rəqibə nə qədər təzyiq göstərirdilərsə, bizə də bir o qədər həyəcan verirdilər. 

- Yenilənən “Turan”ı görəndən sonra hədəflərinizə çatacağınıza inanırsınız? 

- Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir. Lakin bu o demək deyil ki, ora düşüb, formal çıxış edəcəyik.


Qarabağ FK
Son xəbərlər
20.10.26  13:46

"Yuventus"da itki

topaz banner