"Tottenhem"dən mövsümün ilk qələbəsi

"Tottenhem"dən mövsümün ilk qələbəsi
DÜNYA FUTBOLU 20 Oktyabr 2026 / 01:08 168
-  A +

"Tottenhem" İngiltərə Premyer Liqasında 7-ci tur matçını keçirib.

QOL.az xəbər verir ki, London təmsilçisi “Koventri Siti”ni qəbul edib. Görüşdə "Tottenhem" 3:1 hesablı inamlı qələbə qazanıb.

Bu, Roberto De Zerbinin kollektivinin cari mövsümdə ilk qalibiyyəti olub. Belə ki, komanda son dəfə Premyer Liqada may ayında qələbə qazanmışdı. Ötən mövsümün son oyun günündə "Tottenhem" "Everton"u 1:0 hesabı ilə məğlub etmişdi.

Hazırda turnir cədvəlində "Tottenhem" 6 xalla 16-cı, eyni xala malik "Koventri Siti" isə 17-cidir. 

İngiltərə Premyer Liqası, 7-ci tur

"Tottenhem" – "Koventri Siti" - 3:1

Qollar: Ceyms Maddison, 14, Ömər Marmuş, 58, Ben Deyvis, 90+6 – Cek Rudoni, 49


Qarabağ FK
Son xəbərlər
19.10.26  10:30

Səfərdə 700-cü qol

topaz banner