“Sabah”ın qapıçısı Çempionlar Liqasında 2-ci yerə yüksəlib

“Sabah”ın qapıçısı Çempionlar Liqasında 2-ci yerə yüksəlib
ÇEMPİONLAR LİQASI 21 Oktyabr 2026 / 08:21 406
-  A +

“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçılar arasında 2-ci pilləyə yüksəlib.

QOL.az xəbər verir ki, Pokatilov dünən “Borussiya” (Dortmumd) ilə 3-cü turun görüşündə 7 dəfə komandasını qoldan xilas edib və turnirin əsas mərhələsində seyv sayını 18-ə çatdırıb.

Siyahıya 20 qurtarışla Bratislava “Slovan”ının qapıçısı Dominik Takaç başçılıq edir.

“Portu”nun qapıçısı Dioqu Koşta, “Bodo-Qlimt”in qolkiperi Nikita Haykin və PSJ-nin qapıçısı Matvey Safonov isə hərəyə 14 qurtarışla 3-cü yeri bölüşürlər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
20.10.26  13:46

"Yuventus"da itki

topaz banner