“Borussiya” azarkeşlərindən Bakıda diqqətçəkən pankart - Şəkil

“Borussiya” azarkeşlərindən Bakıda diqqətçəkən pankart - Şəkil
ÇEMPİONLAR LİQASI 21 Oktyabr 2026 / 09:50 679
-  A +

Dortmund “Borussiya”sının azarkeşləri komandalarını dəstəkləmək üçün Almaniyadan Bakıya təxminən 3450 kilometr yol qət ediblər.

QOL.az xəbər verir ki, UEFA Çempionlar Liqasında “Sabah”la oyun üçün paytaxtımıza gələn təxminən 1800 alman azarkeş Bakı Olimpiya Stadionunun tribunalarında diqqətçəkən pankart açıblar.

Sarı-qara rənglərlə bəzədilən tribunada nümayiş etdirilən pankartda bu sözlər yazılıb:

“Yol bizi hətta Xəzər dənizinə qədər aparsa belə, sənin üçün bu yolu qət etməyə dəyər”.

Bununla Dortmund klubunun tərəfdarları komandalarına olan sevgilərini və sədaqətlərini ifadə ediblər.

Xatırladaq ki, “Borussiya” oyunda 2:1 hesabı ilə qələbə qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
20.10.26  13:46

"Yuventus"da itki

topaz banner