AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 8-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.
“Şamaxı”– “Şəfa” oyununun 85-ci dəqiqəsində “Şamaxı” komandasının məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 2500 manat cərimə edilib.
"Şəfa” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
“Sumqayıt”– “Araz-Naxçıvan” oyununun 86-cı dəqiqəsində “Araz-Naxçıvan” komandasının futbolçusu Ağadadaş Salyanski ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1oyunluq cəzalandırılıb, klub 500 manat cərimə edilib.
“Qarabağ”– “Neftçi” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.
“Neftçi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə edilib.
Matçın 90+4-cü dəqiqəsində “Neftçi” komandasının mətbuat katibi Asəf Zeynallı tərəfindən stadiona kiçik zərər vurulduğuna, dəymiş zərər yerində ödənildiyinə görə Asəf Zeynallıya xəbərdarlıq edilib.
“İmişli”– “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
"Yuventus"da itki
2-ci liqada 2 oyun
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
PSJ ilə oyunu buraxacaqlar
"Sabah" - "Barselona" oyununun biletləri satışda
“Dinamo” baş məşqçini istefaya göndərdi
“Qarabağ” və ASA birgə tədbir keçirdi - Şəkillər
Ən çox qazanan futbolçular - Siyahı