“Betis”in baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasında “Feyenoord”la oyun öncəsi Sevilyadakı “La Kartuxa” stadionunun ot örtüyünün vəziyyətini tənqid edib.
QOL.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında meydanın hazırkı durumunun hər iki komandaya təsir edəcəyini deyib:
“Adətən meydan çox yaxşı vəziyyətdə olur. Təəssüf ki, bu həftə ot örtüyünə lazımi qulluq işlərini görmək mümkün olmayıb. Meydanın pis vəziyyəti hər iki komandaya təsir edəcək”.
Xatırladaq ki, “Betis” “Benito Vilyamarin” stadionunda aparılan yenidənqurma işləri səbəbindən artıq bir ildir ev oyunlarını təxminən 70 min tamaşaçı tutumuna malik “La Kartuxa” stadionunda keçirir.
Qeyd edək ki, “Betis” - “Feyenoord” matçı oktyabrın 21-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı