PSJ azarkeşləri “Barselona” futbolçularının yuxusunu pozdular

PSJ azarkeşləri “Barselona” futbolçularının yuxusunu pozdular
DÜNYA FUTBOLU 20 Oktyabr 2026 / 15:46 406
-  A +

PSJ azarkeşləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda bu gün Parisdə keçiriləcək oyun öncəsi “Barselona” futbolçularının istirahətinə mane olublar.

QOL.az xəbər verir ki, Fransa klubunun fanatları matçdan əvvəlki gecə Kataloniya təmsilçisinin qaldığı otelin yaxınlığında fişənglər yandırıblar. Onların bunu saatlarla davam etdirdiyi bildirilib. Fanatlar ətrafda səs-küy yaradaraq rəqib komandanın futbolçularının istirahət etməsinə əngəl törədiblər

Qeyd edək ki, bu gün keçiriləcək PSJ - "Barselona" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner