“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir

“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir
DÜNYA FUTBOLU 20 Oktyabr 2026 / 16:23 383
-  A +

“Real” Avropa Superliqasının təşkili üçün xərclədiyi vəsaitin bir hissəsinin İngiltərə klubları tərəfindən geri qaytarılmasını istəyir.

QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Madrid təmsilçisi “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem”in layihədən imtina etmələrinə baxmayaraq, onun həyata keçirilməsi üçün çəkilən ilkin xərclərin bir hissəsini ödəməli olduğunu düşünür.

Mənbənin iddiasına görə, tələb olunan məbləğ ümumilikdə 80 milyon avroya çatır. Əvvəllər turnirin təşviqi ilə bağlı xərcləri “Real”, “Barselona” və “Yuventus” klubları öz aralarında bölüşdürürdülər.

Xatırladaq ki, 12 aparıcı klubun iştirakı ilə qapalı beynəlxalq turnir kimi nəzərdə tutulan Avropa Superliqasının yaradıldığı 2021-ci ilin aprelində elan edilmişdi. Klubların əksəriyyəti ilk bir neçə gün ərzində layihədən geri çəkilmişdi. “Yuventus” 2023-cü ildə, “Barselona” və “Real” isə 2026-cı ildə layihədə iştirakdan imtina ediblər.


Qarabağ FK
Son xəbərlər
topaz banner