"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt

"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
VOLEYBOL 20 Oktyabr 2026 / 21:00 2020
-  A +

Qadınlardan ibarət "Turan" voleybol klubu bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxıb.

QOL.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gəlib.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma saat 19:00-da start götürüb. Tovuz təmsilçisi 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə Xorvatiya komandasına qalib gəlib.

Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner