Keyn liderdir, siyahıda başqa kimlər var?

Keyn liderdir, siyahıda başqa kimlər var?
DÜNYA FUTBOLU 20 Oktyabr 2026 / 22:13 509
-  A +

Transfermarkt portalı 2027-ci ilin yayında müqaviləsinin müddəti başa çatacaq ən bahalı futbolçuların reytinqini açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıya “Bavariya”nın hücumçusu Harri Keyn başçılıq edir. İngiltərəli futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.

İkinci pillədə 45 milyon avro dəyərində olan “Brayton”un yarımmüdafiəçisi Yasin Ayari qərarlaşıb. İlk üçlüyü isə 45 milyon avro dəyərində qiymətləndirilən “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines tamamlayır.

Ən bahalı 10 futbolçu:

1. Harri Keyn (“Bavariya”) - 60 milyon avro
2. Yasin Ayari (“Brayton”) - 45 milyon avro
3. Lisandro Martines (“Mançester Yunayted”) - 45 milyon avro
4. Brahim Dias (“Real”) - 35 milyon avro
5. Kristian Pulişiç (“Milan”) - 35 milyon avro
6. Bruno Fernandeş (“Mançester Yunayted”) - 35 milyon avro
7. Jan-Filipp Mateta (“Kristal Pelas”) - 30 milyon avro
8. Joao Feliks (“Əl-Nəsr”) - 28 milyon avro
9. Kelvin Bassey (“Fulhem”) - 28 milyon avro
10. Kris Riçards (“Kristal Pelas”) - 28 milyon avro


Qarabağ FK
Son xəbərlər
topaz banner