Ten Haq: “Qoy Kerrik öz işini görsün”

Ten Haq: “Qoy Kerrik öz işini görsün”
DÜNYA FUTBOLU 20 Oktyabr 2026 / 12:55 226
-  A +

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq komandanın hazırkı çalışdırıcısı Maykl Kerrikin vəzifəsindən ayrılmasının düzgün qərar olmayacağını düşünür.

QOL.az xəbər verir ki, hazırda “Tvente” klubunda texniki direktor vəzifəsində çalışan niderlandlı mütəxəssis bu barədə “The Athletic”ə açıqlamasında danışıb.

“Maykl Kerriki istefaya göndərmək çıxış yolu deyil. Buna 100 faiz əminəm. Nəticələr yaxşılaşmasa, azarkeşlər onun istefasını tələb edəcəklər. Amma bu, emosional yanaşmadır. Qərarlar ağılla verilməlidir.

Kerrik “Midlsbro”da, eləcə də ötən mövsüm özünü yaxşı tərəfdən göstərib. Ona görə də sadəcə öz işini görməsinə imkan vermək lazımdır. Qoyun Kerrik işini görsün. Düşünürəm ki, onun məşqçilər heyəti də peşəkardır”, – deyə ten Haq bildirib.

Qeyd edək ki, hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
19.10.26  10:30

Səfərdə 700-cü qol

topaz banner