“Fənərbaxça”nın müdafiəçisi Natan Ake Çempionlar Liqasının 3-cü turunda Praqa “Slaviya”sı ilə keçirilən bugünkü oyunda zədələnib.
QOL.az xəbər verir ki, künc zərbəsindən sonra topsuz vəziyyətdə yerdə qalan niderlandlı futbolçuya meydanda tibbi yardım göstərilib. Lakin onun oyunu davam etdirə bilməyəcəyi müəyyənləşib.
Beləliklə, Ake matçın 21-ci dəqiqəsində Kojo Opponqla əvəzlənib. Futbolçunun zədəsinin ağırlıq dərəcəsi MRT müayinəsindən sonra məlum olacaq.
Eyni zamanda Akenin “Fənərbaxça”nın növbəti matçında meydana çıxması sual altına düşüb. İstanbul təmsilçisi həmin görüşdə prinsipial rəqibi “Qalatasaray”la qarşılaşacaq.
Qeyd edək ki, Ake 2026-cı ilin yayında “Mançester Siti”dən “Fənərbaxça”ya keçib. O, indiyədək İstanbul klubunun heyətində 17 oyun keçirib.
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu