Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqladı

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqladı
DÜNYA FUTBOLU 20 Oktyabr 2026 / 14:44 486
-  A +

Sergen Yalçın Türkiyə millisinin yeni baş məşqçisi olduğunu açıqlayıb.

QOL.az xəbər verir ki, türkiyəli mütəxəssis “Kafa Sports”un “YouTube” kanalında çıxışı zamanı milli komanda ilə razılığa gəldiyini açıqlayıb.

“Hamımız üçün xeyirli olsun. Ölkəmizə xeyirli olsun. Bu, çox vacib vəzifədir. Son 2-3 gündə bununla bağlı mühüm hadisələr baş verdi. Mənim üçün də qürur və xoşbəxtlikdir. Onsuz da bu təklifə yox demək imkanımız yoxdur. Ümid edirəm ki, hamının dəstəyi ilə bizi uğurlu bir yol gözləyir".
O, Türkiyə Futbol Federasiyası ilə 4 illik müqavilə imzaladığını bildirib.

Hələlik federasiya bununla əlaqədar rəsmi açıqlama verməyib.


Qarabağ FK
Son xəbərlər
19.10.26  10:30

Səfərdə 700-cü qol

topaz banner