“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Slaviya” ilə keçirilən oyundan (2:2) sonra fikirlərini bölüşüb.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis komandasının çıxışını dəyərləndirib. O, futbolçularının mübarizəsindən razı qaldığını, lakin son dəqiqələrdə qapılarında qol görmələrinin məyusluq yaratdığını bildirib:
“Matça çox yaxşı başladıq. 2:0 hesabı ilə önə keçdik və daha fərqli hesabla qalib gələ bilərdik. Çempionlar iqası səviyyəsində çox yaxşı mübarizə apardıq. Bu baxımdan futbolçularımı təbrik edirəm.
Son dəqiqədə qol buraxdıq. Buna görə çox məyusuq, amma futbol belədir. Oyunçular əllərindən gələni etdilər. İstənilən komandaya çətin anlar yaşada biləcək gücdəyik. Çox yaxşı mübarizə apardıq, bəzi məqamlarda yaxşı oynadıq. Son dəqiqədə buraxdığımız qoldan sonra azarkeşlərimizi sevindirə bilmədiyimizə görə kədərliyik”.
İsmail Kartal qarşıdakı “Qalatasaray”la derbi barədə də danışıb. Baş məşqçi “Slaviya” ilə oyunun artıq geridə qaldığını və komandasının növbəti qarşılaşmaya hazırlaşacağını söyləyib.
Baş məşqçi azarkeşlərin istefa şüarlarına da münasibət bildirib: "Azarkeşlər "istefa" deyə qışqırırdılar. Mən də buna görə üzgünəm. Kaş ki, belə hal baş verməsəydi, amma oldu. Bunlar futbolun bir hissəsidir. Dediyim kimi, indi irəliyə baxırıq. Qarşıda çox vacib oyunlarımız var. Ümid edirik ki, yaxşı nəticələrlə azarkeşlərimizlə yenidən barışacağıq".
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər
"Borussiya"nın Bakıda oteldəki məşqindən maraqlı - Video
“Qalatasaray” müraciət etdi, UEFA-dan rədd cavabı aldı
"Yuventus"da itki
"Sarı divar"ı yaradanlar da Bakıdadır...
Ten Haq: “Qoy Kerrik öz işini görsün”
“Barselona” prezidentindən “Real”a sərt ittihamlar
Bugünkü oyunları yayımlayacaq kanallar
Bakıya ilk gələn Nikaraqua millisi oldu - Şəkillər
Ronaldo cəzasının yüngülləşdirilməsini istəyib
"Tottenhem"dən mövsümün ilk qələbəsi
“Qalatasaray” UEFA-ya müraciət edəcək
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər