“Qarabağ”ın “Bayer”lə möhtəşəm oyunu bitər-bitməz telefonuma mesajlar, sonra zənglər gəlir. Mesajların çoxu Ağdamdan - mənim doğulduğum Qaradağlı kəndindəndir. Hamısının da məzmunu eynidir: “Qarabağ” niyə uda bilmədi, niyə o qolları buraxdı?”
Bu suallara görə “Qarabağ”a böyük təşəkkür düşür, amma bu haqda bir qədər sonra...
Əslində “Qarabağ”ı sevən bütün azərbaycanlıların ürəyində komandalarının “Bayer”lə oyunda hesabı qoruya bilməməsinin bir təəssüfü var. Mən özüm məsələyə nə qədər peşəkar yanaşsam da, komandaların hansı şərtlər altında mübarizə apardığını anlasam da, yenə oyunun gedişində hesabın 2:2 olmasına təəssüfləndim. Amma bu, yalnız qarşılaşmanın həyəcanından, “Qarabağ”ın tarixi qələbə qazanmasını istəməyimizdən irəli gəlir. Tarixi qələbə ifadəsini həm də ona görə deyirəm ki, “Bayer” bu mövsüm heç bir turnirdə məğlub olmayıb. Bu düşüncələr oyunun gedişində və görüş yeni bitəndə ola bilər.

Soyuq başla düşünəndə isə xatırlayırsan ki, “Bayer” hazırda dünyanın, bəli, dünyanın ən güclü komandalarından biridir. “Qarabağ”la bu matçı da nəzərə alsaq, bu mövsüm artıq 35 oyunluq məğlubedilməzlik seriyaları var. Bunun 30-da qalib gəliblər. Məğlub etdikləri komandalardan biri də “Bavariya”dır. Ardıcıl 11 mövsümdür Bundesliqanın qalibi olan Avropa nəhəngini ötən ay 3 cavabsız qolla uddular. Bundesliqada turnir cədvəlinin mənzərəsi də hər şeyi deyir. Lider “Bayer” ən yaxın izləyicisi olan “Bavariya”nı düz 10 xal qabaqlayır. Biz də “Bayer”i uda bilməməyimizə görə üzülürük.
Oyundan sonra “Bayer”in futbolçuları alman azarkeşlərə tərəf yaxınlaşdı. Tribunada onları dəstəkləyən 400-ə qədər fanat var idi. Onlar elə sevinclə oxuyurdu ki, komandalarından və oyuna görə nəticədən razı qaldıqları aşkar görünürdü. Bəli, alman azarkeşlər “Qarabağ”la heç-heçəyə görə komandalarını bir xeyli alqışladılar. Doğrudan da görmədiyimiz bir mənzərədir.

“Qarabağ”la “Bayer”in heyətləri, futbolçularının qiyməti, çıxış etdikləri çempionatların müqayisəyə gəlməyəcək dərəcədə fərqlənməsi hamıya məlumdur. Klubların büdcələri arasında isə yerlə göy qədər fərq olduğunu görünür, yenə xatırlatmaq lazımdır.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, bütün bunlara baxmayaraq, oyundan əvvəl “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov çox inamlı danışmışdı. Biz “Braqa” ilə oyundan əvvəl də bu inamı, sonra isə nəticəni gördük.
Qurbanovun “Bayer”lə görüşdən əvvəlki çıxışından bu hissəni xatırlayaq: “İki ölkə futbolu arasındakı fərqi həmişə nəzərə almışıq. Amma bunu çox dərindən düşünməmişik. Biz sadəcə rəqibimizə qarşı necə oyun qurmaq lazımdır, onu düşünürük. Bunu bacarırıq deyə, inamla hazırlaşırıq. Bəli, bu komandanın nə qədər üstünlüyü olsa da, böyümək üçün çəkinmədən "Bayer"ə qarşı mübarizə aparmalıyıq”.
Bir baş məşqçinin çətin oyundan əvvəl belə fikirlər səsləndirməsi futbolçularının motivasiyası üçün çox lazımdır. Şübhəsiz ki, millimizin sabiq baş məşqçisi Canni De Byazi kimi oyundan əvvəl “Rəqib bizdən güclüdür”, “Uduzmamağa çalışacağıq” kimi qorxaq açıqlamalar verilsəydi, bunun futbolçuların psixologiyasına təsirini və onun meydandakı nəticəsini mütləq görəcəkdik.
“Qarabağ”la oyundan sonra “Bayer”in baş məşqçisi Xabi Alonsonun dediklərinə də fikir verək: "Bizim bəxtimiz gətirdi ki, hesabı 2:2 etdik. “Qarabağ”ın bəxti gətirmədi. Şanslardan yararlana bilmədilər. Bir həftədən sonra da Leverkuzendəki matçda şanslar 50/50-dir".
Alonso bəxtlərinin gətirdiklərinə görə uduzmadıqlarını deyir. Bəxti gətirən insan da buna yalnız sevinə bilər. Yəni Xabi Alonso, “Bayer” klubu və almanlar bu heç-heçəyə sevinir, biz isə yox.
Sual yaranır: “Qarabağ” hansı rəqiblə oynamalıdır ki, heç-heçəsinə üzülməyək? “Real”, yoxsa “Mançester Siti”? Yox, onda da düşüncəmiz eyni olacaq. Bunun “günah”ı da, savabı da “Qarabağ”ındır. Çünki bizi neçə illərdir avrokuboklarda sevindirən də, “Bayer” kimi komanda ilə heç-heçəyə görə sevinməyə qoymayan da “Qarabağ”dır.
Və sonda, “Qarabağ” bugündən “Zirə” , “Bayer” isə “Volfsburq”la oyuna köklənməlidir.
Ramiq Ağaməmmədov
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video